Mikroseysm (lat.mikro (kiçik) + yun.seismos (zəlzələ)) — insan fəaliyyətinin və ya təbii proseslərin təsiri ilə baş verən Yer qabığının kiçik amplitudalı titrəyişləri.[1][2]
Şəhərlərin yaxınlığında Yer səthində qeydə alınan titrəyişlərin seysmoqramında şəhər həyatının fazaları açıq-aydın görünür: iş gününün başlanması və başa çatması, nahar fasiləsi və s. Bu cür mikroseysmik fonu minimuma endirmək və ya ondan tamamilə qaçmaq üçün seysmik stansiyalar adətən şəhərlərdən uzaqda yerləşdirilir.