Mikroseysmlər

Mikroseysm (lat. mikro (kiçik) + yun. seismos (zəlzələ)) — insan fəaliyyətinin və ya təbii proseslərin təsiri ilə baş verən Yer qabığının kiçik amplitudalı titrəyişləri.[1][2]

Şəhərlərin yaxınlığında Yer səthində qeydə alınan titrəyişlərin seysmoqramında şəhər həyatının fazaları açıq-aydın görünür: iş gününün başlanması və başa çatması, nahar fasiləsi və s. Bu cür mikroseysmik fonu minimuma endirmək və ya ondan tamamilə qaçmaq üçün seysmik stansiyalar adətən şəhərlərdən uzaqda yerləşdirilir.

Mikroseysmlər 3 növə bölünür:

  • Qısamüddətli mikroseysmlər — saniyənin yüzdə birlərindən 2–3 saniyəyədək;
  • Birinci dərəcəli mikroseysmlər — 2–3 saniyədən 6–10 saniyəyədək;
  • İkinci dərəcəli və ya uzunmüddətli mikroseysmlər — titrəyiş dövrü 12–15 saniyədən artıq.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. The American Heritage Dictionary of the English Language (Fourth), Houghton Mifflin Company, 2000
  2. Ebel, John E., "Watching the Weather Using a Seismograph", Seismological Research Letters, 73 (6), 2002: 930–932, doi:10.1785/gssrl.73.6.930, 2016-03-26 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-01-28.