Miksinlər (Myxini) sinfi

Miksinlər (Myxini) sinifinin nümayəndələri dünya okeanının tropik və subtropik sularında, 100 – 500 m dərinliklərdə yaşayır. Bədənlərinin uzunluğu 45 – 75 sm-ə çatan bu canlıların baş hissəsinin sonunda tək sayda burun dəlikləri yerləşir.Ağız və burun dəlikləri 6 – 8 ədəd ətli bığcıqlarla örtülür. Qəlsəmə skeleti az sayda qığırdaq lövhəciklərdən ibarətdir. Qan-damar sistemi açıq tiplidir. Əsas və 3 ədəd köməkçi ürək sistemi mövcuddur. Köməkçi ürəklər miksinlərin baş, qaraciyər və quyruq hissələrində yerləşir. Miksinlərin gözləri dəri ilə örtülmüşdür. Gözlər primitiv olduğundan yaxşı görmürlər.

Miksinlər (Myxini) sinfi
Pacific hagfish Myxine.jpg
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
???:
Miksinlər (Myxini) sinfi
Beynəlxalq elmi adı

Ümumi xarakteristika[redaktə | mənbəni redaktə et]

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Miksinlər gecə heyvanlarıdır. Onlar gündüzlər torpağa nüfuz edib yalnız başın bir hissəsini çöldə saxlayır, ova yalnız axşamlar çıxır, xəstə və zəif balıqlar, leş ilə qidalanırlar. Şikar müqavimət göstərdikdə miksinlər onların qəlsəmə qapaqlarına selik ifraz edir. Nəticədə qəlsəmələr fəaliyyətin itirir, balıqlar boğularaq məhv olur.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Miksinlərin çoxalma prosesi maraqlıdır. Yüz ədəd dişi fərdə yalnız bir ədəd erkək fərd düşür. Digər əksər növlər hermofroditlərə aiddir. Çoxalma dövrü miksinlər sahildən uzaqlaşarır, hər bir dişi fərd 12-30 iri (20 mm) ovalşəkilli yumurta qoyur. Miksinlər xarici mayalanma tipinə aiddir. Çoxalma dövrü qida qəbul etmirlər. Buynuz kapsullarını tərk edən miksin sürfələri qısa müddərdən sonra valideynlərinə bənzəyir.

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Miksinlər balıqçılığz ciddi ziyan vurur. Onların həyat qabiliyyəti çox yüksəkdir. Belə ki onlar uzun müddət susuz, qidasız qala bilir, ciddi zədə aldıqda belə yaşayırlar. Bir dəstə, bir cinsə aid 30-a yaxın növ təsvir edilmişdir. Miksinlərə Azərbaycan faunasında rast gəlinmir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 2003.
  2. Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. ilə Z. Zhang 2011.C. 3148, burax. 1. səh. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7