Mil Mi-38 (rus. Миль Ми-38) - Mil tərəfindən istehsal edilən Rusiyanın orta ölçülü nəqliyyat helikopteridir. Helikopter Mi-8 və Mi-17-ni əvəz etməsi üçün hazırlanıb və həm hərbi, həm də mülki variantlarda satılması planlaşdırılır[1]. 30 dekabr 2015-ci ildən Rusiya Silahlı Qüvvələrinin tərkib hissəsi olan Rusiya Hərbi Hava Qüvvələri tərəfindən istismar edilir.[2]
Mil Mi 38 | |
---|---|
Hazırlayan | Mil Moskva Helikopter Zavodu |
İstehsalçı | Mil Moskva Helikopter Zavodu |
İlk uçuş | 22 dekabr 2003 |
Buraxılış sayı | 4 |
Vikianbarda əlaqəli mediafayllar |
Rusiyanın ən yeni çoxməqsədli “Mi-38” helikopteri də ilk dəfədir ki, xaricdə təqdim olunur. Maşın unikal texniki xüsusiyyətlərə malikdir. Konstruktorlar helikopterin maksimal universallığını təmin etmək üçün onun istismar imkanlarını genişləndiriblər.
Yeni maşının isti iqlim şəraitində, səhralıq və dağlıq ərazilərdə rahat və etibarlı isitismarı Yaxın Şərqdən olan mütəxəssislərin xüsusi marağına səbəb olub. Amma onun istismar zonası bundan da genişdir - həm dəniz, həm tropik, hətta arktik mühitdə istifadəsi mümkündür.
Helikopter ən sərt müasir təhlükəsizlik və ekoloji təmizlik normalarına uyğun layihələndirilib. “Mi-38” göstəriciləri beş maye-kristal displeydə əks olunan pilotaj-naviqasiya kompleksinə inteqrasiya olunmuş yeni, qənaətcil “ТВ7-117В” mühərrikləri ilə təchiz olunub. Maşının konstruksiyasında sırf Rusiya istehsalı olan aqreqatlardan, komponentlərdən və kompozit materiallardan istifadə olunub.
“Mi-38”in füzelyaj konturu və güc qurğusunun korpusu təkmilləşdirilib, aparıcı pəri isə qoruyucu vtulkanın içinə yerləşdirilib. İlk dəfə olaraq Rusiyanın helikopter konstruksiyasında ənənəvi “arxa” mövqeyi əvəzinə, mühərrikin əsas reduktordan öndə yerləşdirilməsi sxemi gerçəkləşdirilib (bunun sayəsində aerodinamik müqavimət, kabinədə səs-küy azalıb və təhlükəsizlik artıb).
Çoxməqsədli “Mi-38” orta “Mi-8” ilə ağır “Mi-26” arasında mövqe tutacaq. Mühəndis-texniki həllər sayəsində bu maşın yükgötürmə, sərnişin yerinin sayı və əsas texniki-uçuş xüsusiyyətlərinə görə öz sinfindən olan digər vertolyotları üstələyir (kreyser sürəti - 290 km/saat, uçuş məsafəsi - 1000 km, praktiki tavanı - 5900 m, ekipaj - 2 nəfər). Maksimal uçuş kütləsi 15,6 ton olan helikopter göyərtəsinə, yaxud xarici asqısına 5 ton faydalı yük götürə, sərnişin modifikasiyasında isə 30 nəfəri sərnişin qismində daşıya bilər.
“Mi-38”in ekstremal şəraitdə sınaqları 2019-cu ilin iyulunda başa çatıb, 2019-cu ilin noyabr ayından isə Kazan aviazavodunda onun seriya istehsalına başlanılıb. Bir müddət əvvəl bəlli olub ki, 15 bu cür maşın 2020-ci il üçün RF Müdafiə Nazirliyinin sərəncamında olacaq. Çoxməqsədli “Mi-38” ordunun mobilliyini artırmağa və tətbiq sahəsini genişləndirməyə imkan verəcək. Üstəlik, planetin bütün qitələrində uçan dünya rekordsmeni “Mi-8”in (ixrac variantı - “Mi-17V”) ənənəsini layiqincə davam etdirəcək.[3]
Mənbə:[4]