Mil Moskva Helikopter Zavodu

Mil Moskva Helikopter Zavodu (rus. Московский вертолётный завод им. М.Л. Миля) baş qərargahı Moskva vilayətinin Tomilino bölgəsində yerləşən helikopter dizaynı və istehsalı ilə məşğul olan şirkətdir.[3] Şirkət adını Sovet mühəndisi Mixail Mildən alır.

Mil Helikopterləri
Национальный центр вертолётостроения имени М. Л. Миля и Н. И. Камова
Ümumi məlumatlar
Tipi Açıq Səhmdar Cəmiyyət
Sənaye Maşınqayırma
Məhsulu Helikopter
Təsis tarixi 1947
Bağlanma tarixi 2020
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 4.031.042.000 ₽ (2017)[2]
Ümumi aktivlər
  • 16.739.389.000 ₽ (2017)[2]
Ümumi gəliri
  • 10.754.617.000 ₽ (2017)[2]
Xalis mənfəəti 921.7 milyon rubl (2010)[1]
Əməliyyat mənfəəti
  • 1.252.207.000 ₽ (2017)[2]
Struktur
İşçi sayı 3246
Ana şirkət Rostek
Rəhbərlik
Təsisçi
russianhelicopters.aero/ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1947-ci ildə Moskva vilayətinin Jukovski şəhərində yerləşən Mərkəzi Aerohidrodinamik İnstitutunun helikopter laboratoriyasında Mixail Milin rəhbərliyi altında "Mil" şirkətinin əsası qoyulmuşdur.[4]

Bu şirkət tərəfindən dizayn olunmuş Mil Mi-1 genişmiqyaslı şəkildə istehsal olunmuş ilk Sovet helikopteri olmuşdur. 1960-cı illərin əvvəllərində dizayn olunmuş həm hərbi, həm də mülki məqsədlər üçün uğurla istifadə olunan Mi-8 helikopteri isə hələ də dünyada ən çox istismar olunan helikopterlərdən biri hesab olunur.

2006-cı ildə Mil şirkəti özü kimi helikopter istehsalı ilə məşğul olan KamovRostvertol şirkətləri ilə birləşdi nəticədə "Rusiya Helikopterləri"nin əsası qoyuldu.

Mil Moskva Helikopter Zavodu fəaliyyətə başladığı müddətdən indiyə qədər 15-dən çox baza modeli və 200-dən çox helikopter modifikasiyası istehsalı həyata keçirmişdir. 2017-ci ilə olan məlumata əsasən istehsal olunan helikopterlərdən bəziləri aşağıdakılardır:

  1. Годовой отчёт компании за 2010 год[ölü keçid]
  2. 1 2 3 4 https://www.kartoteka.ru/card/2b7d24e54ac7730883b49f6bab4f4f3c/.
  3. "MIL Moscow Helicopter Plant, Joint-Stock Company". Bloomberg. 2017-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Dekabr 2017.
  4. Vershinin, Alexander. "The Moscow helicopter factory that put the 'Mil' in military aviation". Russia Beyond the Headlines. 31 Avqust 2015. 2017-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Dekabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]