Milan Müasir İncəsənət Pavilyonu (italyan dilində:Padiglione di Arte Contemporanea, PAC) — İtaliyanın Milan şəhərində müasir incəsənət əsərlərinin nümayiş etdirildiyi pavilyon.
Milan Müasir İncəsənət Pavilyonu | |
---|---|
Padiglione di Arte Contemporanea, PAC | |
Əsası qoyulub | 1949 |
Mövzu | Müasir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | İtaliya, Milan şəhəri |
Direktor | Domenico Piraina |
45°28′22″ şm. e. 9°11′58″ ş. u.HGYO | |
www.pacmilano.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Milan Müasir İncəsənət Pavilyonu arxitektor İqnatsio Qardellanın 1949-cu ildə hazırladığı layihə əsasında 1951–1953-cü illərdə tikilmişdir. 1993-cü ildə pavilyonun yaxınlığında bomba partladılması nəticəsində 5 nəfər həlak olmuş, binaya xeyli ziyan dəymişdir. 1996-cı ildə Cakopo Qardellanın başçılığı ilə muzeyin binasında yenidənqurma işləri aparılmışdır.