Milan Politexnik Universiteti

Milan Politexnik Universitetiİtaliyanın Milan şəhərində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri.

Milan Politexnik Universiteti
PoliMi
Politecnico di Milano
Loqonun şəkli
Xəritə
45°28′40″ şm. e. 9°13′38″ ş. u.HGYO
Əsası qoyulub 1863
Tip dövlət universiteti
Ölkə
Ünvan İtaliya, Milan şəhəri
Sayt polimi.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İtalyanın qədim ali təhsil ocaqlarından biri olan Milan Politexnik Universitetinin əsası 1863-cü il, noyabr ayının 29-da qoyulub. İlk olaraq Yüksək Texniki İnstitut (it. İnstituto Tecnico Superiore) adlandırılıb, həmin dövrdə ona Françesko Brioşi rəhbərlik edirdi və şəhərin mərkəzi hissəsində Via Senatidə yerləşirdi. 1927-ci ildə ali məktəb hazırda təhsil şəhərciyi adlandırılan L. D. Vinçi meydanına köçürülüb, əsas binaları burada indiyə qədər də mövcuddur. Sonradan institutun adı dəyişdirilərək Kral Politexnik Universiteti (Regio Politecnico) adlandırılır. İtaliya II dünya müharibəsinin sonunda respublika elan olunduqdan sonra universitetin adından Kral (Regio) sözü çıxarılır. Lakin əsas binanın fasadına həkk olunmuş Regio sözünün izi hazırda da qalmaqdadır.

1954-cü ildə D. Kasines və E. Bottanın səyi nəticəsində ali təhsil ocağının bazasında Avropada ilk elektron hesablama mərkəzi yaradılıb.

1977-ci ildə universitetin və bir neçə kompaniyanın birgə işləyib hazırladığı "Sirio" peyki kosmosa buraxılıb.

1990-cı ildə Milan Politexnik Universitetinin ərazi baxımından genişləndirilməsi işlərinə başlanılıb və hazırda Lombardiya və Emiliya-Romanya regionlarında yerləşən 7 kampusu fəaliyyət göstərir: Leonardo, Bovisa, Komo, Kremona, Lekko, Mantove və Pyaçença. Qeyd edək ki, Leonardo və Bovisa kampusları tamamilə Wi-Fi sistemi ilə əhatə olunub.

1993-cü ildə sənaye dizaynı fakültəsi açılıb, 2000-ci ildə isə tələbə və aspirantlar üçün qrafika, vizual effekt, dizayn interyeri ixtisas istiqamətləri üzrə yeni kurslar fəaliyyət başlayıb.

Hazırda ali təhsil müəssiəsində 17 fakültə fəaliyyət göstərir: memarlıq və layihələndirmə, biomühəndislik, Culio Natta adına kimya, materiallar və kimya mühəndisliyi, elektronika və informatika, elektrotexnika, energetika, fizika, sənaye dizaynı, incəsənət, kommunikasiya və moda, aviasiya-kosmik texnika, sənaye istehsalının təşkili və idarəedilməsi, atom texnikası, tikinti layihələndirilməsi, Françesko Brioşi adına riyaziyyat, mexanika, arxitektura üzrə layihələndirmə, ətraf mühit texnologiyası.

Universitet tərəfindən həyata keçirilən hesablama texnikası üzrə onlayn kurs İtaliyada bu formatda təqdim olunan ilk akademik kurs hesab olunur. Bu kurs yer kürəsinin müxtəlif nöqtələrindən tələbələrin ingilis dilində təhsil imkan yaradır.

Milan Politexnik Universitetində tələbələr təqdim olunan yüksək təhsil səviyyəsinin göstəricisidir ki, ali məktəbin məzunlarına Avropa ölkələrində xüsusi rəğbət göstərilir. Məzunların son sorğusu göstərir ki, onlardan 60 faizi məzun olandan sonra 3 ay ərzində, 40 faizi isə yarım il ərzində işləmək imkanı əldə ediblər.

Universitetə qəbul

[redaktə | mənbəni redaktə et]

Ali məktəbə qəbul üçün orta təhsil bazasına müvafiq sınaq testlərindən keçmək tələb olunur. Bu testin əsas məqsədi abituriyentlərin bilik səviyyəsindəki çatışmazlıqları aşkarlamaq və qaneedici səviyyədə olmadığı təqdirdə tamamlayıcı kurslar təşkil etməkdən ibarətdir. Memarlıq və tikintinin layihələndirilməsi fakültələrinə qəbul testi 5 qrupa bölünür: məntiq və ümumi dünyagörüşü, tarix, rəsmxət və qrafiki təsvir, riyaziyyat və fizika, ingilis dili. Bundan başqa bütün fakültələrə qəbul imtahanı proqramı məntiq, ingilis dili, riyaziyyat və statistika, fizika və şifahi qavrayış istiqamətləri üzrə həyata keçirilir.

İtalyan dilini kifayət qədər bilməyən əcnəbi tələbələrə başlanğıc, orta və yuxarı səviyyələr üzrə dil kursu təklif olunur. Kurs sentyabr ayının ilk iki həftəsi ərzində tədris olunur.

Tələbə həyatı

[redaktə | mənbəni redaktə et]

İllik təhsil haqqı 200 avrodan 3000 avroya qədər dəyişir. Əla qiymətlərlə oxuyaraq yüksək təhsil göstəricilərinə malik tələbələrə illik ödəniş haqqını hissə-hissə ödəmək imkanı yaradılır və illik ödəniş haqqının məbləğində güzəştlər tətbiq olunurBundan əlavə, bu tələbələr üçün müxtəlif təqaüd formaları mövcuddur.

Milan Politexnik Universiteti tələbələrə zəngin tədris proqramı təqdim edir. Tədris proqramı çərçivəsində praktiki ev tapşırıqları üstünlük təşkil edir.

İtalyanın əksər ali təhsil ocaqlarında olduğu kimi Milan Politexnik Universitetində də tələbələrin çoxu kampuslarda yaşama imkanına malik deyillər. Burada yerlər məhdud (ən çox 1000) səviyyədədir. Bununla əlaqədar bir neçə özəl təşkilatla razılaşmalar mövcuddur. Həmçinin, "ERASMUS" tələbə mübadiləsi çərçivəsində tələbələr üçün 140 yer ayrılıb. Milanda mənzillərin kirayə haqqı baha olduğundan əksər hallarda 3–4 tələbə eyni mənzildə yaşayırlar.

Tələbə təşkilatları

[redaktə | mənbəni redaktə et]

Milan Politexnik Universitetində neçə tələbə təşkilatı yaradılıb ki, burada hər kəs öz maraqları üzrə məşğuliyyət tapa bilər.

BEST Milano (Board of European Students of Technology) hüquqi məsələləri əhatə edir və 30-dan çox ölkədə təqdim edilmiş Avropa təşkilatıdır.

ESN (European Student Network) təşkilatı ali məktəblərarası tələbə mübadiləsi ilə məşğul olan və mübadilə üzrə layihələri dəstəkləyən qeyri-kommersiya birliyidir.

Euroavia aerokosmik texnikayla maraqlanan universitet tələbələrini əhatə edir.

Associazione Ingegneri Ambiente e Territorio mühafizə və ətraf mühitin rasional istifadəsi məsələləri ilə maraqlananların tələbələrinin assosiasiyasıdır.

Teatro delle Biglie isə teatr assosiasiyası kimi çıxmış müstəqil qeyri-kommersiya təşkilatıdır.

Poul (Politecnico Open Unix Labs) təşkilatı UNIX-əməliyyat sistemləri tərəfindən maraqlananların tələbələri tərəfindən yaradılıb.

IEEE təşkilatı Milan Politexnik Universitetində IEEE assosiasiyasının tələbə bölməsi kimi yaradılıb.

Kitabxana sistemi

[redaktə | mənbəni redaktə et]

Universitetin hər bir kampus kitabxanasının əhatə olunduğu kitabxana sistemində 4870 mindən çox nadir nüsxə mövcuddur. İtalyanın qədim və zəngin kitabxana sistemlərindən biridir. Sistem mərkəzi və tədris kitabxanalarından ibarətdir. Burada tələbələrin imtahanlara yüksək səviyyədə hazırlaşmaları üçün lazımi şərait yaradılıb. OPAC (Online Public Access Catalogue) axtarış veb serverində qeydiyyatdan keçməklə kitabxana sistemindən virtual şəkildə istifadə etmək imkanı təqdim olunub. 2004-cü ildə universitet "Polipress" özəl nəşriyyat ticarət markasını qeydiyyatdan keçirib. Universitetin mətbu orqanı olan "Politecnico" da "Polipress"də çap olunur.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Universitet Avropa və beynəlxalq tədqiqat fəaliyyətində aktiv iştirak edir. Ali məktəb təkcə 2004-cü ildə "EuropianResearch framework" çərçivəsində 60 böyük beynəlxalq elmi tədqiqat layihəsinə dəstək göstərib.

Milan Texniki Universiteti tələbə mübadiləsi sahəsində bir neçə beynəlxalq layihənin iştirakçısıdır. Əcnəbi tələbələrin qəbulu ingilis dilində olan kurslar vasitəsilə həyata keçirilir. Universitetin üzv olduğu ENTREE təhsil şəbəkəsi çərçivəsində Avropanın elektrotexnika fakültələrində tələbə mübadiləsi gerçəkləşdirir. Bundan əlavə, Top İndustrial Managers for Europe (TİME) şəbəkəsinin üzvüdür və "İMCC" təşkilatı ilə əməkdaşlıq edir.