Milanlı (tayfa)

Milli (kürd. Millî) və ya Milan (kürd. Mîlan) — Azərbaycanda kürddilli tayfa. Onlar Rusiya-İran müharibəsindən (1826-1828) sonra Anadoludan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Kəlbəcər rayonunda eyniadlı kəndlər mövcuddur.[1] 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.[2]

Milanlı tayfası kürdlərin kurmanci qrupuna daxildir. Sosioloq Ziya Gökalpa görə, Kurmanclar üç qrupa bölünür: Boti, Mehmedi və Silivi. O, onların arasında Silivilərin Mil və Zil olaraq iki yerə bölündüyünü qeyd etmişdir.[3] Onların sonradan Osmanlı qeydlərində Milli və Zilli adlandırılmağa başladığı qeyd edilir. O dövrdə onlar Viranşehir, Ərzurum, Bitlis, VanDərsim şəhərlərində, o cümlədən İran sərhədində yaşayırdılar.[4]

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Həmid, Tural. "Azərbaycan kürdləri". AzLogos. 12 iyun 2020. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
  3. Gökalp, 1992: 28-30
  4. Başbakanlık Osmanlı Arşivi (BOA). Dâhiliye (DH). Siyasi (SYS). 24/2-4. Lef 114/1. Erzurum Vilayeti'nden Dahiliye Nezareti'ne gönderilen 19 Mart 1911 tarihli rapor