Ziya Göyalp

Ziya Göyalp (türk. Ziya Gökalp; 23 mart 1876[1][2], Diyarbəkir və ya Çərmik, Diyarbəkir ili25 oktyabr 1924[1][2], Konstantinopol) — Türkiyənin məşhur ictimai xadimi, şair.

Ziya Göyalp
türk. Ziya Gökalp
Doğum tarixi 23 mart 1876(1876-03-23)[1][2]
Doğum yeri
Vəfat tarixi 25 oktyabr 1924(1924-10-25)[1][2] (48 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti sosioloq, yazıçı, siyasətçi, universitet müəllimi[d], türkoloq, şair, filosof
Tanınmış əsərləri
Vikimənbənin loqosu Ziya Göyalp Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ziya Göyalp 1876-cı ildə Diyarbəkirdə doğulmuşdur.[4] II Məşrutədən başlayaraq Türkçülük axınının ən böyük nümayəndəsi kimi Türk düşüncəsiyasət həyatına güclü təsir etmiş, Milli Ədəbiyyat axını içində yazdığı əsərlərlə Türk ədəbiyyatının forma və dil cəhətdən yeniləşməsini təmin etmişdir. Təhsilinə Diyarbəkirdə başlayan Ziya Göyalp, həmin şəhərdə əsgəri xidmətini (1890–1894) başa vurmuşdur.[5]

Ziya Göyalp tibb məktəbililərin despotizmə son vermək üçün qurduqları Qiyam Komitəsinə girmiş, məktəbdəki fəaliyyəti və oxuduğu fransızca kitabların zərərli sayıldığı üçün həbs edilmişdir. İstanbula döndükdən sonra da məktəbdən uzaqlaşdırılmışdı. Ziya Göyalp "Zəbtiyə Nəzarəti altında saxlanılmaq şərtilə" Diyarbəkirə göndərilmişdi. Ziya Rüştiyə məktəbində oxuyarkən atası ölmüşdür. Ziya Göyalpa əmisi Hasib Əfəndinin təsiri olmuşdur. Hasib Əfəndi İslâm aləminin fəlsəfəsini yaxşı bilən, ziyalı bir insan olmuş, İbn Sina, İbn Rüşd, İmam Qəzali kimi böyük İslam filosoflarını ona tanıtdırmışdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ziya Göyalp siyasət, fəlsəfətarix sahələrində araşdırmalar apararkən, despotizm əleyhinə gizli fəaliyyətlərdə də iştirak etmişdir. Bölgədə təhlükəsizliyin təmini üçün qurulmuş Hamidiyə alaylarının başındakı Milli tayfa rəisi İbrahim Paşanın törətdiyi soyğun və basqın hadisələri qarşısında xalqı müqavimət göstərməyə və hərəkətə yönəltmişdir. 1905-ci ildə əhali 3 gün müddətində poçtu işğal etmişdir. İbrahim Paşa və adamlarının cəzalandırılması üçün saraya teleqraflar göndərilmişdir. AvropaAsiya ölkələri arasındakı xəbərləşmənin əlaqə nöqtəsi olan Diyarbəkir telgrafxanasının bu əlaqəni kəsməsi hadisənin daha da böyüməsinə gətirib çıxarmış və xarici ölkələr saraya təzyiq etməyə başlamışdı. Mövzunu araşdırmaq üzrə İstanbuldan Diyarbəkirə göndərilən istintaq təşkilatı Hamidiyə alaylarının bir müddət sakitləşməsinivə sui-istifadələrə son verməsini təmin etdi. Ancaq xalqın şikayətlənməsinə gətirib çıxaran yeni hadisələr cərəyan edincə, Ziya Göyalp və yoldaşlarının öndərliyində xalq yenidən telgrafxananı ələ keçirdi. 11 gün davam edən bu ikinci işğal xalqın qəti qələbəsiylə nəticələnmiş, hökumət İbrahim Paşa və alaylarını bölgədən uzaqlaşdırmaq məcburiyyətində qalmışdır (1907). Göyalp ilk əsəri olan "Şaki İbrahim" dastanında bu hadisəni izah edir.

II Məşrutənin elanından sonra, Ziya Göyalpın qurduğu gizli cəmiyyətin yerini Osmanlı İttihad və Tərəqqi Cəmiyyətinin Diyarbəkir Şöbəsi quruldu. Partiyanın Diyarbəkir, VanBitlis təşkilatlarının yoxlamasıyla vəzifələndirilən Ziya Göyalp, bu dövrdə Diyarbəkir və Peyman qəzetlərinə yazırdı. 1909-cu ildə partiyanın Selanikdəki konqresinə el nümayəndəsi olaraq qatıldı. Bir il İstanbul Darülfünunda psixologiya oxutduqdan və Diyarbəkir maarif müfəttişi işlədikdən sonra, yenidən Selanikə gedir. Qatıldığı partiya konqresindən sonra ümumi mərkəz üzvlüyünə seçilir. Burada Gənc Qələmlər, Yeni Fəlsəfə, Rumeli kimi jurnal və qəzetlərdəki yazılarıyla Türkçülükdildə sadələşmə hərəkətlərinin qabaqcılları arasında iştirak edən Göyalp, milli duyğuları, tarix şüurunu, elmətexnikaya dəyər edən düşüncəni, şeirləriylə ətrafına geniş ölçüdə təsir edirdi. İttihad və Tərəqqi Ümumi Mərkəzi İstanbula daşınınca (1912), Göyalp da İstanbula yerləşdi. O il Ergani mədənindən Millət vəkili seçildi.

Türk Ocağı ətrafındakı işləri, Türk Yurdu və özünün çap etdirdiyi Yeni Məcmuə (1917) kimi jurnallardakı yazıları, Türkçülük axınının qanunlarını təyin edən və müasir sivilizasiya qarşısında yerli bir sintezə çatılmasını şərt qoyan təklifləri (Türkləşmək, İslamlaşmaq, Müasirləşmək 1918), Darülfünunda oxutduğu cəmiyyət elm dərsləri, İttihad və Tərəqqinin idarəçi heyəti üzərindəki təsiriylə Ziya Göyalp, Sülhə (1919) qədər uzanan dövrün düşüncə və siyasət həyatına istiqamət verən faktorların başında iştirak edir. İstanbulun işğalı üzərinə həbs olunaraq iki il Maltada sürgün qalır (1919-1921). Döndükdən sonra, Təlif və Tərcümə Heyəti başçılığına gətiriləcəyi tarixə (1923) qədər Diyarbəkirdə qalır və kiçik Məcmuəni nümayiş edir. 1923-cü ildə Diyarbəkirdən millət vəkili seçilir. Hakimiyyəti Milliyə, Yeni Gün, Respublikaqəzetlərində məqalələri çıxırdı. Qızıl işıq (1923), Türkçülüyün Əsasları (1923), Türk Adəti (1923) kimi kitabları bir-birini izləyirdi.. Respublika Xalq Partiyasının proqramını araşdıran və şərh edən Doğru Yol (1923) adlı araşdırmasını da yenə bu dövrdə qələmə aldı. O sıralar yazdığı Türk Mədəniyyət Tarixi isə ölümündən sonra nümayiş olundu (1926). Yenə ölümündən sonra müxtəlif qəzetjurnallarda çıxmış yazılarıyla məktubları müxtəlif kitablarda yığıldı. "Çınaraltı " (1939), "Təriqət Nədir?" (1947)," Ziya Göyalp deyir ki" (1950). Ziya Göyalpın nəşr edilməmiş yeddi əsəri və ailə məktubları (1956) var.

Əsas əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Göyalp Ziya. Hayatı, sanatı, eseri. Hazırlayan: Ali Nüzhet Göksel. Dördüncü basılış. İstanbul, 1963
  • Türkçülüğün esasları. Hazırlayanlar: Mahir Ünlü, Yusuf Çotuksöken. İstanbul, 1987
  • Kültür ve medeniyet. Türkleşmek, İslamlaşmak, Muasırlaşmak. Konya, 2010
Türkçülüğün esasları, Ziya Göyalp əsəri

Mövzulara baxışı

[redaktə | mənbəni redaktə et]

Ziya Göyalp Türkçülük nədir sualının cəvabında deyir: ((Türkçülük, Türk millətinini yüksəltmək deməkdir.))[6]

Ziya Göyalpa görə; Türkçülüyün nə olduğunu anlamaq üçün öncə Millət adı verilən cəmiyyətin anlamını aydınlatmaq lazımdır və bu cəmiyyəti neçə baxışla mənimsəmək olar,

  1. İrq əsasında;
  2. Qövm əsasında;
  3. Coğrafiya əsasında
  4. Osmanlıçılıq əsasında
  5. İslam birliyi əsasında
  6. Fərdiyyətçililər əsasında[6]

Yazıçıya görə bir millət, o şəxsin içində yaşadığı və tərbiyyəsini aldığı ictimaiyyətdən başqa bir şey deyil.[7] Ona görə də millət, nə irqi, nə coğrafi, nə siyasi bir mövzu deyildir. Millət; dil, din, əxlaqincəsənət baxımından ortaq olan, yəni eyni təlimi almış fərdlərdən yaranmış bir cəmiyyətdir.[8] O birdə bunu artırır ki; maddi məziyyətlərimiz irqdən gəlirsə, mənəvi məziyyətlərimiz də, tərbiyəmizi aldığımız cəmiyyətdən gəlir.[8] və başqa bir yerdədə deyir ki: Millət özünə xas mədəniyyəti olan bir cəmiyyət deməkdir.[9]

Türkçülük və Turançılıq

[redaktə | mənbəni redaktə et]

Ziya Göyalpa görə; Türkçülüyün yaxın hədəfi, dört ölkədə yaşayan Oğuz türklərinin (Türkiyə, Azərbaycan, İran TürkləriTürkmənistan) yalnız bir mədəniyyət hakimiyyəti olmalıdır və bir ölkə olmalıdır. Bu dort ölkənin məcmusuna Oğuzistan ölkəsi adını verir.[10] Ziya Göyalp deyir ki; Türkçülüyün uzaq hədəfi isə Turandır və Turan kəlməsi Turlar yəni Türklər demək olduğu üçün, yalnız Türkləri əhatə edən birliyin adıdır; elədirsə Turan kəlməsi bütün Türkləri içinə alan Türkistan üçün istifadə edilməlidir.[11] Yazıçıya görə Ural dillilər (Macarlar, Finlər və s.) və monqollar ilə TonquzlarKoreyalıların Turanda yer almaqları yanlışdır və onların Türklərlə qohumluğu sübut edilməmişdir.

Mədəniyyət və Sivilizasiya

[redaktə | mənbəni redaktə et]

Yazıçıya görə mədəniyyətsivilizasiya arasında həm birləşmə həmdə ayrılıq nöqtəsi vardır. Birləşmə nöqtəsi, bütün ictimai həyatı içinə almaqdır. İctimai həyatlar bunlardır; Dini həyat, Əxlaqi həyat, Hüquqi həyat, Zehni həyat, Bədii həyat, iqtisadi həyat. Bu səkkiz ictimai həyatların məcmusuna mədəniyyət deyilir. Ayrılmaq nüqtəsi isə; İlk olaraq mədəniyyət milli olsa, sivilizasiya beynəlxalqdır və ikinci olaraq sivilizasiya, metod vasitəsiylə və şəxsi istəklərlə yaranan sosial məcmuədir.
Ziya Göyalpa görə Türkçülüyün tapşırığı, bir yandan xalq arasında qalmış olan Türk mədəniyyətini ayırıb tapmaq, digər yandan Qərb sivilizasiyanı bütün və canlı olaraq alıb milli mədəniyyətə aşılamaqdır.[12]

Ziya bəy Türkçülüyün ilk əsaslarından birinidə xalqa doğru olaraq göstərir və ona görə xalqa doğru getmək; bir millətin aydınları yüksək təhsiltəlim aldıqları üçün, xalqdan ayrılmış olanlardır və milli mədəniyyətdən uzaq qalmışlar. xalqa doğru getməsi lazım olan adamlar bunlardır.[13]

Ziya Göyalp deyir ki; yurdumuzda gərək sivilizasiya cəhətdən, gərək pedaqogika cəhətdən birbirinə bənzəməyən üç təbəqə vardır: xalq, mədrəsəlilər, məktəblilər. Bu üç sinifdən birincisi Uzaq Şərq sivilizasiyası, ikincisi şərq sivilizasiyası, üçüncüsü isə qərb sivilizasiyasına sahibdirlər. demək ki millətin bir bölümü ilk əsrlərdə (Qədim dünya), bir bölümü Orta əsrlərdə, bir bölümü isə müasir əsrdə yaşayır.[14]

Milli Şüuru gücləndirmək

[redaktə | mənbəni redaktə et]

Ziya bəy deyir; Sosial xüsusiyyətdə olan ictimaiyyətlər, başlıca üç bölümə ayrılır: ailə ictimaiyyəti, siyasi ictimaiyyətpeşə ictimaiyyəti. Bunların arasında ən önəmli olan, Siyasi ictimaiyyətdir. Çünki, siyasi bir ictimaiyyət, öz başına yaşayan müstəqil bir quruluşdur.[15] Yəni siyasi ictimaiyyət sosial orqanizmdir, ailə ictimaiyyəti bu orqanizmin hüceyrələri; peşə ictimaiyyətləridə, orqanları xüsusiyyətindədir. Buna görədə ailəpeşə ictimaiyyətlərinə, ikinci ictimaiyyətlər adı verilir.[15] Siyasi ictimaiyyətlərdə əsasən üçə ayrılır;

Ziya Göyalp Osmanlı İmperyasının çökməsini, İctimaiyyət həyatı bilir. O deyir ki: Osmanlı İmperyasını qurucusu Türklər idi ama bu ictimaiyyətin içində nökər halinə gəldilər.[16] Amma İngilis İmperyası millət anlamını tez başa düştü və siyasi mərkəzlərinə (məclis) Anqlosakslardan başqa heç kimə yol vermədilər və heç bir milli olmayan düşüncəyə, aralarına yoxuydu. bu məsələ İmperyanın çökməsinin qarşısını aldı.[16]

Milli həmrəyliyi gücləndirmək

[redaktə | mənbəni redaktə et]

Ziya Göyalp, milli həmrəyliyi (mətndə: ulusal dayanışmayı) gücləndirilməsi üçün, yurd əxlaqı, sivilizasiya əxlaqıpeşə əxlaqını yüksəltməyi lazım görür. Yurd əxlaqını, milli ülkülərdən, milli görəvlərdən yaranan bir əxlaq olaraq tanıdır. Yurd əxlaqının qarşısında yurd xaini durur.[17] Aydınların tezliklə başlaması lazım olan məsələ milli mədəniyyəti yüksəltməkdir, çünki yurd əxlaqı milli mədəniyyətdə gəlişir.[18] O yurd əxlaqının doğrulması üçün, Türk millətsevərlərini sayqılama və yüksəltməkdə görür, çünki bu şəxslərdir ki, güc prosesinə daxil olunca millətimizimədəniyyətdaşlarımızı sevəcəklər və onların uğrunda öz və ölkə siyasətlərini ilərlədəcəklər.[18]

Ziya Göyalp irsinin tədqiqi

[redaktə | mənbəni redaktə et]

Türkiyənin görkəmli sosioloqu Ziyaəddin Fəxri Fındıkoğlu (1901–1974) Strasburq Universitetində yazdığı doktorluq dissertasiyası Ziya Göyalpın irsinə həsr edilmişdi. Mütəfəkkir 1935-ci ildə tamamladığı doktorluq dissertasiyası əsasında "Ziya Göyalp" (Paris, 1935), "Ziya Göyalp və sosiologiyası" (Paris, 1936) kitablarını çap etdirmişdir.

Türkiyənin tanınmış alimi Hilmi Ziya Ülkən (1901–1974) "Ziya Göyalp" əsərində mütəfəkkirin həyat və fəaliyyətini geniş şəkildə işıqlandırmışdır.

  1. 1 2 3 4 Ziya Gokalp // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Mehmet Ziya Gökalp // Brockhauz Ensiklopediyası (alm.).
  3. https://dergipark.org.tr/en/download/article-file/4158.
  4. Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. Archived from the original on 2022-07-18. İstifadə tarixi: 2017-07-08.
  5. 100 böyük türk. Bakı, 1991. səh.46–47.
  6. 1 2 Türkçülüğün Esasları. Ziya Göyalp.Nşr: Alter yay. Ankara.Baskı1 2012. S 32
  7. Türkçülüyün əsasları Ziya Göyalp .Nəşr: Alter yay. Ankara. 2012. s 35
  8. 1 2 Türkçülüyün əsasları. Ziya Göyalp.Nşr: Alter yay. Ankara.Baskı1 2012. S 36
  9. Türkçülüğün Esasları. Ziya Göyalp.Nşr: Alter yay. Ankara.Baskı1 2012. S 39
  10. Türkçülüğün Esasları. Ziya Göyalp.Nşr: Alter yay. Ankara.Baskı1 2012. S 40
  11. Türkçülüğün Esasları. Ziya Göyalp.Nşr: Alter yay. Ankara.Baskı1 2012. S 41
  12. Türkçülüğün Esasları. Ziya Göyalp.Nşr: Alter yay. Ankara.Baskı1 2012. S 57
  13. Türkçülüğün Esasları. Ziya Göyalp.Nşr: Alter yay. Ankara.Baskı1 2012. S 58
  14. Türkçülüğün Esasları. Ziya Göyalp.Nşr: Alter yay. Ankara.Baskı1 2012. S 76
  15. 1 2 3 Türkçülüğün Esasları. Ziya Göyalp.Nşr: Alter yay. Ankara.Baskı1 2012. S 87
  16. 1 2 Türkçülüğün Esasları. Ziya Göyalp.Nşr: Alter yay. Ankara.Baskı1 2012. S 88
  17. Türkçülüğün Esasları. Ziya Göyalp.Nşr: Alter yay. Ankara.Baskı1 2012. S 93
  18. 1 2 Türkçülüğün Esasları. Ziya Göyalp.Nşr: Alter yay. Ankara.Baskı1 2012. S 94

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]