Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Millət qəzeti — Ukraynada nəşr olunan Krım-Azərbaycan cəmiyyətinin mətbu orqanı. 1991-ci ilin yanvar ayından dərc olunur.[1]
Millət qəzeti | |
---|---|
Millet | |
Sahibi | Rəhim Hümbətоv |
Təsisçi | Rəhim Hümbətоv |
Baş redaktor | Rəhim Hümbətоv |
Yaranma tarixi | yanvar 1991 |
Dil | Rus dili |
Ünvan | Yalta, Ukrayna |
Vikianbarda əlaqəli mediafayllar |
İlk sayını 20 Yanvar hadisələrinin ildönümünə həsr edən qəzet Ukraynada Azərbaycan dilində nəşr olunan ilk mətbu orqan kimi Azərbaycan həqiqətlərinin Ukraynada yaşayan xalqlara çatdırılmasında üzərinə düşən tarixi missiyanı çətinliklə olsa da şərəflə yerinə yetirmişdir. О dövrdə, əsasən, Dağlıq Qarabağ həqiqətləri haqqında obyektiv analitik yazılar dərc etməklə erməni xəyanətini ifşa edən "Millət" qəzeti Krımda güclü mövqeyə malik olan erməni diasporunun dəfələrlə hədə-qorxuları ilə üzləşməsinə baxmayaraq, fəaliyyətini daha da genişləndirmişdir. Belə ki, ilk saylarından etibarən Krım erməni diasporunun hədəfinə çevrilmiş "Millət" qəzetinin baş redaktoru Rəhim Hümbətov ermənilərin sifarişi ilə Krım Vilayət Kommunist Partiyasının ideoloji şöbəsinə dəvət olunmuşdur. Orada ona milli zəmində yazılarla çıxış etməyə qadağa qoyulsa da, R. Hümbətov işğalçı bir millətin öz çirkin əməllərindən əl çəkmədiyi təqdirdə fəaliyyətini daha kəskin davam etdirəcəyini bildirmişdir.
Ötən illər ərzində Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, minilliklərin qan yaddaşından xəbər verən adət-ənənələrini səhifələrində işıqlandırmaqla çoxmilyonlu Ukrayna ictimaiyyəti arasında Azərbaycan haqqında informasiya bolluğu yaradan "Millət" qəzeti hər sayında Dağlıq Qarabağ hadisələri və Ermənistanın işğalçılıq siyasəti haqqında dürüst analitik yazılarla çıxış etmişdir. Qəzet həmçinin, mütəmadi olaraq Azərbaycanla Ukrayna arasında mövcud olan iqtisadi, siyasi, mədəni, elm və təhsil əlaqələrinin dinamik inkişafına geniş yer ayırmışdır. Krımın azadlığı uğrunda qəhrəmanlıq sücaəti göstərən azərbaycanlıların həyatı haqqında maraqlı yazıların dərc olunması ənənə halını almışdır. Azərbaycan diasporunun təşkilatlanmasında və inkişafında əsil ideoloji missiyanı yerinə yetirən mətbu orqan son illər tarixi vətənimiz Azərbaycanda həyata keçirilən uğurlu islahatlar, ölkəmizin dünya birliyinə inamlı inteqrasiya siyasətini yerinə yetirməyə çalışmışdır. Bir neçə ildir ki, "Millət" qəzetinin "kaomillet.narod.ru" ünvanlı internet xətti açılmışdır. Bu ünvanlı sayt vasitəsilə Krım azərbaycanlılarının həyatı ilə yaxından tanış olmaq imkanını əldə edən, dünyanın müxtəlif ölkələrindən olan insanlar, saytın "QОNАQ" kitabına da öz təəssüratlarını yaza bilirlər.
Ukrayna azərbaycanlılarının mədəni-maarifçilik cəmiyyəti "Ocaq"ın təsis etdiyi "Millət" qəzeti (yanvar, 1991-ci il, Yalta) ilk sayından etibarən Azərbaycana bağlı həqiqətləri əks etdirən, onun problemlərinin həllinə çalışan mətbuat orqanı olduğunu təsdiqlədi. Sonralar Krım-Azərbaycan cəmiyyətinin orqanı kimi tanınan "Millət" qəzeti klassik Azərbaycan jurnalistikasının "Dildə birlik, əməldə birlik!" şüarına əsaslanmış, görkəmli türk mütəfəkkiri İsmayıl Qaspralının ideyalarını rəhbər tutmuş, Ukrayna-Azərbaycan əlaqələrinin daha da möhkəmləndirilməsini özünə vəzifə bilmişdir.
1991-ci ilin yanvar sayı Azərbaycan həqiqətlərinə ayna tutan dəyərli qəzet nüsxəsidir. Burada "Quran"dan fraqmentlərin verilməsi, "20 Yanvar" gününün qanlı hadisələrini əks etdirən məqalələr və fotomaterialların geniş yer alması qəzetin redaksiya heyətinin Azərbaycana, vətənə və millətə bağlantılarını əsaslı şəkildə təsdiqləmişdir. Qəzetin rus dilində çıxması isə onun oxucu auditoriyasına, informasiya obyektivliyinin təmin olunmasına meylin göstəricisidir. Qəzetin yalnız azərbaycanlılar üçün deyil, həm də Krımda yaşayan digər xalqlar üçün nəzərdə tutulduğunu bilən müəlliflər "20 yanvar" faciələrinin tarixi köklərini şərh edən analitik məqalələrə üstünlük vermiş, erməni-müsəlman qarşıdurmasının səbəblərini və səbəbkarlarını ifşa etməyi vacib saymışlar. Bu baxımdan "Millət"in birinci sayındakı məqalələr analitik dəyəri, informasiya bolluğu, hadisələrin təqdimi zamanı obyektivlik və bitərəflik nümayiş etdirmə cəhdi ilə diqqəti cəlb edir. Bəzilərinin adlarına diqqət edəndə də bunu görmək olurː
Qəzetin müxtəlif saylarında elan və reklamların verilməsi, "Ocaq" cəmiyyətinin gördüyü işlərə aydınlıq gətirməsi, sosial-mədəni tədbirlərin haqqında yazılar dərc etdirməsi də mühüm maraq doğurur. "Millət"in birinci sayında "Oxuculara ünvanlanan "Bizim oxuculara" adlı yazıda onun məqsəd və vəzifələri açıqlanmış, redaksiya heyətinin tutacağı yol müəyyənləşdirilmişdir. "Millət" qəzeti həm də Krım azərbaycanlılarının ictimaimədəni cəmiyyəti olan "Ocaq"ın məqsəd və məramını açıqlayır, buradakı həmvətənlərin birlik və bərabərlik arzularını ifadə edirdi.[1]