Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi

Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi (norv. Nasjonalmuseet for kunst, arkitektur og design) — Norveçin paytaxtı olan Oslo şəhərində muzey.

Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi
Nasjonalmuseet for kunst, arkitektur og design
Loqonun şəkli
Xəritə
Əsası qoyulub 28 aprel 2003
Açılış tarixi 2003
Ölkə
Yerləşir Oslo
Kolleksiyası 400.000
Ziyarətçi sayı
  • 602.546 nəf. (2017)
Telefon +47 21 98 20 00[1]
59°55′04″ şm. e. 10°44′25″ ş. u.
nasjonalmuseet.no
nasjonalmuseet.no/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey 1 iyul 2003-cü il tarixində təsis olunmuşdur. Muzey Memarlıq Muzeyi, İncəsənət Sənayesi Muzeyi, Milli Sərgilər, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Müasir İncəsənət MuzeyiNorveç Milli Qalereyasının birləşməsindən ibarətdir.[2]

Üç əsas sərgi İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi və Milli Qalereyanın binalarında keçirilir. Milli Qalereya 2019-cu ildə bərpa işlərinə görə bağlanılmışdır. Binanın açılışı 2020-ci il üçün nəzərdə tutulmuşdur.

Milli Muzey ölkənin ən geniş incəsənət, memarlıq və dizayn kolleksiyasını yığır, qoruyur və nümayiş etdirir. Muzeyin kolleksiyasına təxminən 400.000 əsər aiddir.

Milli Qalereya (norv. Nasjonalgalleriet) 1837-ci il tarixində Norveç Dövlət Mərkəzi İncəsənət Muzeyi adı altında təsis olunmuşdur. Burada Norveç incəsənətinin ən böyük kolleksiyası yerləşir. Bu kolleksiyaya Edvard Munkun, eləcə də Rembrandt, Pablo Pikasso, Rafael Santi, Vinsent van Qoq, Albrext Dürer, Klod Mone, Fransisko QoyyaAnri Matiss kimi xarici rəssamların rəsm əsərləri aiddir. Kolleksiyanın əsas hissəsi XIX əsrə aid Norveç rəssamlıq və heykəltəraşlıq əsərlərindən təşkil olunmuşdur.

Muzeydə 1945-ci ilə qədər çəkilmiş rəsm əsərləri yerləşir. 1990-cı ildə alınan qərara görə, 1945-ci ildən sonrakı dövrə aid olan rəsm əsərləri Müasir İncəsənət Muzeyinə yerləşdirilmişdir.[3]

Binanın xarici və daxili hissəsi 2012-ci ilin yanvar ayında Mədəni İrs üzrə Norveç Direktoratı tərəfindən siyahıya alınmışdır.[4]

Müasir İncəsənət

[redaktə | mənbəni redaktə et]

Müasir İncəsənət Muzeyi (norv. Museet for samtidskunst) 1988-ci ildə təsis olunmuşdur. Buradakı kolleksiya Milli Sərgi və Milli Qalereyadan götürülən əsərlərdən təşkil olunmuşdur. Muzey binası 1907-ci ildə tikilmişdir. Binanın memarı İnqvar Hyort olmuşdur. Muzey 1990-cı ildə ictimaiyyətə açılmışdır və 2003-cü ildə Milli Muzeyin bir parçası olmuşdur.[3]

Muzeyin kolleksiyasında 1945-ci ildən sonrakı illərə aid 5.000-dən çox Norveç və xarici rəsm əsəri var.[3]

Milli Sərgilər

[redaktə | mənbəni redaktə et]

Milli Sərgilər (norv. Riksutstillinger) 1953-cü ildə mədəniyyət departamenti nəzdində hökumət idarəsi olaraq təsis olunmuşdur. Bu idarənin məqsədi NorveçSkandinaviya incəsənət nümunələrini ölkənin digər hissələrində nümayiş etdirmək idi. İdarə mövcud olduğu 34 ildə 142 sərgi keçirmişdir. Bu, o dövrdə "Riksgalleriet" (azərb. Sərgi Qalereyası‎) adlandırılırdı. Bu muzey binası 1988-ci ildən Müasir İncəsənət Muzeyi ilə əməkdaşlıq edir, ancaq bu əməkdaşlıq 1996-cı ildə sona çatdırılmışdır.

  1. https://www.nasjonalmuseet.no/en/visit/locations/the-national-museum/.
  2. Nasjonalmuseet for kunst, arkitektur og design // Store norske leksikon (norveç). November 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2019.
  3. 1 2 3 "Museet for samtidskunsts historie". nasjonalmuseet.no (norveç). Nasjonalmuseet for kunst, arkitektur og design. October 16, 2012 tarixində arxivləşdirilib.
  4. "Informasjon om fredningen av Nasjonalgalleriets bygning i Universitetsgata på". arkitektnytt.no (norveç). August 23, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 15, 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]