Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondu — Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərimizə məxsus materialların toplanması, qorunması, tədqiqi və təbliği ilə məşğul olan muzey fondu .[1]
Vətən Müharibəsi Fondu 2021-ci ilin yanvar ayında Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə yaradılmışdır[2]. Fondun yaradılmasında məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan həmvətənlərimizə məxsus geyim, xatirə əşyaları, sənədlər və fotoların toplanması, qorunması, tədqiqi və təbliğidir[3]
Fonda Azərbaycan Respublikasının güc strukturlarının Vətən Müharibəsində istifadə etdikləri geyim və ideoloji vəsaitlər də daxil edilmişdir. Hazırda 100 — dən artıq inventarı olan Vətən Müharibəsi Fondu yeni materialları qəbul etməkdədir. Fondda Azərbaycanın Milli Qəhrəmanları general—mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, polkovnik Şükür Həmidov və Çingiz Qurbanova məxsus əşyalar və fotolar mühafizə olunur[4]. Vətən Müharibəsi fondunda mühafizə olunan materiallar arasında Azərbaycan ordusunun torpaqlarımızın azad edilməsi zamanı erməni hərbçilərindən hərbi qənimət kimi götürdükləri nümunələr də yer alır.
Vətən Müharibəsi fondunun əsas fəaliyyəti I vı II Qarabağ müharibəsinə aid tədqiqatçılara fond materialları ilə kömək etmək, elmi-publisistik məqalələr , kataloqlar, kitablar və broşürlar tərtib etməkdir. Fondun digər fəaliyyəti Vətən müharibəsinə aid sərgilərin təşkilndə iştirak etməkdir.
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu