Çingiz Qurbanov

Çingiz Qurbanov (24 noyabr 1994, Həzrə, Qusar rayonu29 dekabr 2016, Tovuz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, "Azərbaycanın Milli Qəhrəmanı" (2017).[1]

Çingiz Qurbanov
Çingiz Salman oğlu Qurbanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Həzrə, Qusar rayonu, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Tovuz rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Qusar Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2016
Rütbəsi Əsgər
Təltifləri "Qızıl Ulduz" medalı

Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil oldu. Daha sonra, 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollandı.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşdü və şəhid oldu. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qaldı. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan tərəfinə təhvil verdi.[2]

Fevralın 6-sı saat 09:30-da isə Çingiz Qurbanov ilə vida mərasimi baş tutdu. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və bir sıra digər rəsmi şəxslər qatıldı. Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov Çingiz Qurbanovun qəhrəmanlığından danışıb.

Daha sonra Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanına son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qurbanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.[3]

Fevralın 9-da isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çingiz Qurbanovun ailə üzvlərini qəbul etdi. İlham Əliyev qəbulun sonunda şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalınıBakı şəhərində yerləşən üç otaqlı mənzilin orderini təqdim etdi.

Qeyd edək ki, Çingiz Qurbanova məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.[4]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
İlham Əliyev Qızıl Ulduz medalını Çingiz Qurbanovun ailəsinə təqdim edərkən[5]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 fevral 2017-ci il tarixli 2654 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.[6]

İrsi və xatirəsi

[redaktə | mənbəni redaktə et]
  • Qusar şəhərindəki küçələrdən birinə və təhsil aldığı Həzrə kənd tam orta məktəbinə Çingiz Qurbanovun adı verilmişdir.[7]
  • 2017-ci il martın 16-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr edilmiş "Çingiz dastanı" kitabının təqdimatı olmuşdur.[8]
  • 2017-ci il aprelin 1-də Azərbaycan Texniki Universitetdə bu ali məktəbin məzunu, Milli Qəhrəman Çingiz Qurbanov haqqında "Çin olan yuxu" filminin təqdimatı olmuşdur.[9]
  • 2017-ci il aprelin 12-də Qusar Olimpiya İdman Kompleksində Azərbaycan Kikboksinq Federasiyasının və Qusar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş Kikboksinq üzrə peşəkarlar arasında turnir keçirilmişdir.[10]
  • 2019-cu il noyabrın 24-ü Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Qusar rayonunda Milli Qəhrəman Çingiz Qurbanovun 25 illiyi qeyd olunub.[11]
  • 2020-ci il fevralın 13-də İctimai Televiziyanın "Heç kim unudulmur, heç nə yaddan çıxmır" verilişinin növbəti seriyası Çingiz Qurbanova həsr edilmişdir.[12]
  • 2021-ci ildə Çingiz Qurbanovun xatirəsinə Qusar Dövlət Ləzgi Dram Teatrında "Çingiz dastanı" tamaşası hazırlanıb.[13]
  1. "Milli Qəhrəman Qurbanov Çingiz Salman oğlu". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  2. "Şəhid Çingiz Qurbanovun nəşi geri qaytarılıb". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  3. "Şəhid Çingiz Qurbanov dəfn edildi". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  4. "Arxivlənmiş surət". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
  5. "İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb". 2018-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  6. "Ç.S.Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  7. Qusarda Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun xatirəsi anılıb
  8. ""Çingiz dastanı" kitabının təqdimatı olub". 2017-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  9. "Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  10. "Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş Kikboksinq üzrə peşəkarlar arasında turnir". 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
  11. "Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Qusar rayonunda Milli Qəhrəman Çingiz Qurbanovun 25 illiyi qeyd olunub". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  12. HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR - 13.02.2020
  13. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Qusar Dövlət Ləzgi Dram Teatrı "Çingiz dastanı" tamaşasını hazırlayır" (az.). Youtube.com. 01.10.2021. 2021-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-01.