Bu məqaləni vikiləşdirmək lazımdır. |
Milli Elektronik və Kriptoloji Araşdırma İnstitutu (UEKAE) — TUBİTAK-ın nəzdində bir institut.
Milli Elektronika və Kriptologiya Tədqiqat İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1994 |
Sayt | uekae.bilgem.tubitak.gov.tr |
UEKAE-in vəzifəsi, "informasiya təhlükəsizliyi, xəbərləşmə və irəli elektron sahələrində Türkiyənin texnologiya müstəqilliyini təmin etmək və davam etdirmək üçün xüsusiyyətli insan gücü və beynəlxalq səviyyədə qəbul görmüş infrastrukturu ilə, elmi və texnoloji həllər çıxarmaq və tətbiqi".
Bu ana hədəf göz qarşısında saxlanılaraq təyin olunan "informasiya təhlükəsizliyi, xəbərləşmə və irəli elektron sahələrində yeni texnologiyaların inkişaf etdirilməsinə liderlik edən beynəlxalq elm, texnologiya və istehsal mərkəzi olmaq" vizyonuna çata bilməyi və ölkənin ehtiyacı olan texnologiyaların inkişaf etdirilməsi üçün İnstitutun akkreditə test mühit və laboratoriyalarında təməl və tətbiqli araşdırmalar aparılır və ehtiyac sahiblərinə texniki dəstək təmin edilməkdədir.
UEKAE həmçinin, açıq qaynaq kodlu proqramlara Uludağ Layihəsi ilə Türkiyədə dəstək verən ilk dövlət qurumudur.
Cəmiyyət quruluşlarına elektron imza sertifikatı dağıdacaq olan Cəmiyyət Sertifikatlaşdırma Mərkəzi də bu institutda var.
UEKAE optoelektronik qrupu, laser və sensor proqramlar, ədədi / ağıllı kamera dizayn, görüntü emal, tekstil və şüşə sənayesi üçün sənaye keyfiyyətə nəzarət avtomatlaşdırılması, sənəd araşdırma cihazları, DLP proyeksiya sistemləri kimi layihə və məhsullar inkişaf etdirir.
İTİ Elektrik Fakültəsi müəllimlərindən Yılmaz Tokad tərəfindən ODTÜ Mühəndislik korpusunda Elektron Araşdırma Bölməsi adı ilə 1968-ci ildə yaradılmış və 4 il sonra Marmara Araşdırma İnstitutunun nəzdində fəaliyyət göstərməklə TÜBİTAK-ın Gebzedəki şəhərciyinə köçürüldü.
TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən TÜBİTAK Milli Elektronik və Kriptoloji Araşdırma İnstitutu (UEKAE) ilə əvvəllər TÜBİTAK Marmara Araşdırma Mərkəzinin (MAM) nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları İnstitutu (BTE) TÜBİTAK BİLGEM adı altında birləşdirildi.
İnstitut TUBİTAK-ın ən fəal və məhsuldar vahididir. Adından da aydın olduğu kimi kriptoloji, informasiya və elektroniğin irəli mövzularında fəaliyyət göstərir.