Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 5 saniyə əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Milli məfkurə,dövlətçilik,müstəqillik yolu ilə kitabı — Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 34 illik tarixini əks etdirən 1971-2006-cı illərdə dövri mətbuatda, bəzi elmi-nəzəri jurnallarda dərc olunmuş məqalələri, habelə müxtəlif tədbirlərdəki çıxışları, mətbuat nümayəndələrinə müsahibələri və digər materialları özündə cəmləşdirərək Azərbaycanlı dövlət və elm xadimi Ramiz Mehdiyevin qələmə aldığı II cildli kitabı.[1]
Milli məfkurə,dövlətçilik,müstəqillik yolu ilə | |
---|---|
| |
Müəllif | Ramiz Mehdiyev |
Janr | siyasi-publisistik |
Mövzu | Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 34 illiyini əhatə edir |
Orijinalın dili | Azərbaycan dili |
Ölkələr | Azərbaycan |
Nəşriyyat | XXI—Yeni Nəşrlər Evi |
Nəşr | 2007 |
Cild | 2 |
Səhifə |
624 (I cild) 672 (II cild) |
Növ | kitab |
Tiraj | 500 |
ISBN | 978-9952-419-06-1 |
Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə kitabının hər iki cildindəki materiallar müstəqillik dövrünə aiddir. Həmin materiallarda xalqımızın ümummmilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 34 illik tarixinin elmi-nəzəri ümumiləşdirmələrlə təhlili xüsusi yer tutur. Müəllif qeyd edir ki, Azərbaycanın XX əsrdəki intibahı, SSRİ-nin süqutundan sonra isə həqiqətən müstəqil dövlət kimi dünya birliyində öz layiqli yerini tutması, sosial-iqtisadi inkişaf yoluna çıxması, ölkənin uzunmüddətli tərəqqisinin əsasını qoyan neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi, hüquqi, dünyəvi dövlət, demokratik və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunmuş uğurlar bilavasitə Heydər Əliyev dühasının, müdrikliyinin, yenilməz iradəsinin nəticəsidir.[1]
Həm bir, həm də ikinci cilddəki materiallarda ulu öndərin siyasi varisi ve ideyalarının davamçısı Prezident İlham Əliyevin respublikaya rəhbərliyinin nəticəsi olaraq müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsinə, ölkəmizin dinamik sosial-iqtisadiyyatının necə inkişaf etdiyi işıqlandırılmışdır.[1]
Professor Ramiz Mehdiyevin bu kitabı ictimai elmlər sahısində çalışan mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri, habelə ölkəmizin müasir tarixi ilə maraqlananlar üçün dəyərli mənbədir.[1]