Miloş Obiliç (serb. Милош Обилић, ?-29.6.1389) —Serbiya knyazı.
Miloş Obiliç | |
---|---|
serb. Милош Обилић | |
Doğum tarixi | təq. 1350 |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
28 iyun 1389-cu ildə Xaçlı ordusu ilə Osmanlı ordusu Skopyenin şimalında Kosovo düzənliyində böyük bir meydan müharibəsində girişdilər. I Kosovo döyüşü olaraq adlandırılan bu müharibədə Osmanlı ordusu ilə Xristian Serb, Bosniya, Əflak (Valaxiya), Macar və Xorvat birləşmiş ordusu səkkiz saat davam edən bir vuruşmağa başladılar. Xristian ordusu sonunda böyük bir təxribata uğradı. Müharibə bitdikdən sonra və ya müharibə zamanı Sultan I Murad, Serb Miloš Obilić tərəfindən xəncərlənərək şəhid edildi. Beləcə I Murat hərb zamanı öldürülən tək Osmanlı sultanı oldu.
Bir ölüm-dirim mübarizəsi halına girmiş olan vuruşma və hökmdara sui-qəsd hadisəsi Türk / Osmanlı və xarici qaynaqlarda çox fərqli şəkillərdə izah edilər: Bir çox Türkcə qaynaqda I Murad ənənəvi olaraq döyüş sahəsinin gəzərkən Serb despotu Lazar Xrebelyanoviçin kürəkəni olan yaralı Milosun xəncərinə hədəf olmuş; otağına aparılmış; amma qurtarıla bilməmiş ölmüşdür.
Feridun bəy "Münşəat" adlı əsərində Miloşun müsəlman olmaq istədiyi səbəbiylə I Murada yaxınlaşıb yanında saxladığı xəncərlə onu ürəyindən vurduğunu bildirir.[1]
Dmitri Kantemir isə tarixində I Muradın Kosovo döyüş meydanını gəzərkən yerdəki ölülərin çoxunun tüksüz cavanlar olmasının səbəbini soruşduğunu; vəzirin özünə Padşahım, onsuz da zəfər bundan ötəri bizim olmuşdur dediyini; I Muradın isə bu hərb meydanında öldürüldüyü haqqında əvvəlki gecə gördüyü bir yuxunu izah etməyə başladığını; bu sırada ətrafda yaralı olan bir Xristian əsgərin bu danışanlar kəslərin padşah və vəziri olduğunu anlayıb onlara hücum edib I Muradın qarınına xəncərini sapladığını nəql edir.
Xarici mənbələrdən xüsusilə Serb anlatımlarına görə, isə bir Serb əsilzadəsi olan Miloşun görüş tələb etdiyi; bunun qəbul edilib sərbəst məiyəti ilə birlikdə I Muradın otağında hüzuruna çıxdığı və onun üzərinə atılıb onu xəncərləyib öldürdüyü yazılar.
Bu hadisələ əlaqədar əldə olan zamanına aid tək bir yazılı sənəd isə, Bosniya Kralı I Tvrtkonun Florensiya Senatına göndərdiyi 20 oktyabr 1389-cu il tarixli bir məktubdur. Bu məktuba görə müharibənin əvvəllərində Serb ağır süvarilerinin bir hücumunda 12 şəxsiyyətlik bir qrup Osmanlı ordusunu yarmağı bacarmış və bu 12 soylu süvarilər biri I Muradı öldürmüşdür.
Bu qaynaq qarışıqlığı səbəbindən hələ sirrini qoruyan bu sui-qəsd hadisəsi necə olursa-olsun, Şahzadə Bəyazidin müharibə sahəsindən çağırılıb otağda Sultan elan edilib özünə beyət edilməsi; tutulub əsir düşən Serb despotu Lazarın və yaxınlarının '"qarşılığı-misl" olaraq öldürülməsi I Muradın müharibə tam olaraq bitmədən bir sui-qəsdə məruz qaldığını açıqca göstərməkdədir.