Miloslu Afrodita heykəli

Miloslu Venera heykəli (yun. Ἀφροδίτη τῆς Μήλου, Aphroditē tēs Mēlou) və ya "Miloslu Afrodita" (Milos adasından tapılmış Afrodita) heykəli – məşhur antik heykəl olub, e.ə. 130 – 100 illərə aid edilir.

Miloslu Venera heykəliMiloslu Venera və yaxud Miloslu Afrodita
yun. Ἀφροδίτη τῆς Μήλου, Aphroditē tēs Mēlou
Xəritə
Ölkə Yunanıstan Yunanıstan
Yerləşir Milos
Heykəltaraş Antioxlu Aleksandros
Tikilib II əsr
Hündürlüyü 86x69x93, 164 sm
Material Ağ mərmər
Saxlanıldığı yer Fransa Fransa, Paris, Luvr muzeyi
İnventar nömrəsi N 527, LL 299, Ma 399
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Heykəlin aid olduğu dövr

[redaktə | mənbəni redaktə et]

Makedoniyalı İsgəndərin çoxsaylı istilaları yunan mədəniyyətinin Ellada xaricində yayılmasına imkan verirdi. Bu işğallardan sonra bir sıra xalqlar Yunanıstanın bilavasitə qonşusuna çevrildi. Yaranan qonşuluq həmin dövr yunan incəsənətinə reallıq gətirdi. Rəssamlar insan təbiətinin müxtəlif hədlərinin təsvirinə üstünlük verməyə başladılar. Hətta ilahə heykəlləri insan simalarına malik idilər.

Müəllif və quruluşu

[redaktə | mənbəni redaktə et]

Sevgi ilahəsi Afroditanın heykəli (təx. e.ə. II əsrin ortaları) ağ mərmərdən hazırlanmışdır. Hesab edilir ki, əsərin heykəltəraşı Antioxlu Aleksandros olmuşdur. Əvvəl bu siyahıya Praksitel də aid edilirdi. Heykəl Knid Afroditası tipinini (yun. Venus pudica (utancaq Venera)) təşkil edir: Düşmüş geyimi əli ilə saxlayan ilahə təsviri mövcuddur (ilk dəfə bunu Praksitel bu tipin nümunəsini yaratmışdır, təx. e.ə. 350 – ci illər). Nisbətlər 86x69x93 – dir, hündürlük 164 sm-dir.

Heykəltəraşlıq nümunəsi 1820 – ci ildə Egey dənizinin Kiklad adlarından olan Milos (Melos) adasından tapılmışdır. Belə ki, Vute Olivye adlı fransız dənizçi satış üçün qədimliklər – əntiq əşya və s. (o zaman bu bum idi) axtarışına çıxmaq üçün sahilə doğru yan almağı qərara alır. Yerli kəndli Yorqos Kentrotasom ilə birlikdə amfiteatr xarabalıqlarında qazıntı apararaq, bir heykəl tapırlar. Vute ixraca icazəni almaq üçün kapitanı dərhal Konstantinopola üzməyə inandırmağa çalışdı, amma kapitan imtina etdi və Vute öz tapıntısına əlini yellədi. Amma, başqa dəniz zabiti Jyul Dyumon-Dervil Konstantinopola yola düşdü və icazəni aldı. Qayıdış zamanı o aşkar etdi ki, Konstantinopola heykəli daşımaq üçün, rus gəmisində kapitana bit türk məmuru pul ödəmişdir. Ada sakinləri ilə ağır danışıqlardan sonra, Dyumon-Dervil nə də olsa, heykəlin alınmasına nail oldu. Bundan sonra türk hakimiyyəti Milos adasının sakinlərinə qəzəblənmişdilər ki, belə qiymətli tapıntı onların əlindən çıxdı və bu səbəbdən adanın ən nüfuzlu sakinlərini ictimai döymə cəzasına məruz qalmağı əmr etdi. Tapıntıdan sonra artıq heykəlin qolları itirilmişdi, hansı ki, fransızlar arasında münaqişə zamanı onu öz ölkələrinə aparmaq istəyirdilər və türklər tərəfindən (adanın sakinləri), hansı ki, həmin niyyətə malik idilər. Heykəl 1821-ci ildə alınaraq əldə edildi və hal-hazırda onun üçün xüsusi olaraq Luvrun birinci mərtəbəsində hazırlanmış qalereyada saxlanılır.

Aid olduğu dövr

[redaktə | mənbəni redaktə et]

Başlanğıcda bu heykəli klassik dövrə aid etdilər (e.ə. 510-323 – cü illər). Lakin məlum oldu ki, heykəl gətiriblər və dayaq yerinə yazılıb ki, Meandrda Antioxa vətəndaşı Menidesanın oğlu İsgəndər bu heykəlin müəllifidir. Bununla da məlum oldu ki, heykəl Ellin dövrünə aiddir (e.ə. 323-146 – cı illər). Nəticədə dayaq itdi və indiyə qədər də tapılmamışdır.