Mimosa obliqua

Oraqvari akasiya (lat. Acacia falcata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. 5-m hündürlüyə çatan, çoxillik kol və ya ağacdır. Vətəni Şərqi Avstraliyadır. Elmi adı yarpaqları oraqşəkilli olduğuna görə verilib. Kulturada becərməyə uyğunlaşdırılaraq kolluqların bərpasında istifadə olunur.

Oraqvari akasiya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

2–5 m hündürlüyündə olan kol və ya kiçik bir ağacdır ki, gövdəsi boz və ya qara qabıqla örtülü olur. Əksər akasiyalarda olduğu kimi, yarpaqlardan çox oraqvari filloklaidiyaları olur. Onların uzunluğu 7-19 sm, yaxşı nəzərə çarpan əsas damarlı, solğun yaşıl və ya boz-yaşıl rənglidir. Kiçik dairəvi çiçəkləri ağımtıl və ya solğun-sarı rəngdədi. Paxla meyvəsində 4.5–12 sm uzunluğunda və 0.5-0.8 sm enində nazik toxumları olur[2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bitki aprel-avqust aylarında çiçəkləyir, sentyabr-dekabr aylarında meyvə və toxum verir[3]. Toxum dekabr ayında tam yetişir və küləklə yayılır. Toxum tullantılarla çirkləndirilmiş ərazilərdə cücərə bilir.

Şərqi Avstraliyada: Queenslanddan cənub sahilindən, şərqdə Yeni Cənubi Uelsin şərqinə və  Bermagui'ya qədərdir[2]. Əsasən açıq meşədəki gilli daşlı torpaqlarda bitir. Eucalyptus paniculata, E. longifolia və E. tereticornis kimi ağaclarla assosaiyalar əmələ gətirir[4].

  1. Australian Plant Name Index (ing.).
  2. 1 2 PG Kodela. "New South Wales Flora Online: Acacia falcata". Royal Botanic Gardens & Domain Trust, Sydney, Australia.
  3. Elliot, Rodger W.; Jones, David L.; Blake, Trevor (1985). Encyclopaedia of Australian Plants Suitable for Cultivation. 2. Port Melbourne: Lothian Press. pp. 48–49. ISBN 978-0-85091-143-5
  4. Fairley A, Moore P (2000). Native Plants of the Sydney District: An Identification Guide(2nd ed.). Kenthurst, NSW: Kangaroo Press. p. 128. ISBN 978-0-7318-1031-4.
  5. "ILDIS LegumeWeb". 2011-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-18.