Mimoza salatı
Mimoza salatı — pendir, yumurta, konservləşdirilmiş balıq, soğan və mayonez kimi inqredientlərdən hazırlanan salat.
- 450 qram dərisiz və sümüksüz toyuğun döş əti
- 1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
- 1/2 stəkan xırda doğranmış qoz ləpəsi
- 3 ədəd orta boy kartof
- 2 ədəd yumurta
- 3 ədəd orta boy yerkökü
- zövqə görə duz
- 6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
- rəndələnmiş Holland pendiri
Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.
Qeyd 2: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin əvəzinə, duzlu siyənək balığından (rusca: selyodka) istifadə edin.
- 1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.
- 2. Kartof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.
- 3. Hazırlanan ərzaqlar aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzülür:
- toyuq ətinin yarısı
- xama-mayonez qarışığı
- qozun yarısı
- kartofun yarısı
- duz
- xama-mayonez qarışığı
- yumurtaların yarısı
- duz
- yerkökünün yarısı
- xama-mayonez qarışığı
- Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır.
- 4. Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri səpilir (bəzən pendirin yerinə nar dənələri qoyulur). Zövqə görə xırda doğranmış şüyüdlə bəzədilə bilər.