Salat

Tərəvəz salatı

Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək[1][2][3], müxtəlif tərəvəzmeyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır[4][5]. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir[6][7].

border=none Əsas məqalə: Salatların siyahısı
Mimoza salatı

Salatın müxtəlif növləri vardır:

Valdorf salatı

Salatlar haqqında maraqlı məlumatlar

[redaktə | mənbəni redaktə et]
Paytaxt salatı kimi də tanınan Oliviye salatı
  • Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər.
  • Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir.
  • Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz.
  • Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
  • Salatınızın sirkəsi çoxdursa üzərinə bir qədər çörək içi əlavə edin. Çörək içi artıq sirkəni özünə çəkəcək.
  • Salata çox sirkə qatmaq zərərlidir. Sirkə əvəzinə limondan istifadə etsəniz, daha yaxşı olar.
  • Salata limon suyu ilə yanaşı, portağal suyu da əlavə etsəniz, dadı çox ləzzətli olar.
  • Salata doğrayacağınız soğanı bir qədər soyuducunun buz yerində saxlayın. Beləliklə, həm soğanı doğrayarkən gözləriniz yaşarmaz, həm də doğranmış soğanlar daha canlı görsənər.
  • Salat üçün sous hazırlayarkən üzərində qram işarələri olan ölçü qablarından istifadə etmək məsləhətdir.
  • Gül kələm salatına duz, sirkə və yağla yanaşı, mayonez də əlavə etsəniz, daha ləzzətli olar.
  1. "salad". Merriam-Webster. 10 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 August 2014.
  2. "salad". Oxford Dictionaries. Oxford University Press. 19 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 August 2014.
  3. Раздел I "Холодные блюда", § "Салаты и винегреты". "Сборник рецептур блюд и кулинарных изделий для предприятий общественного питания".
  4. Lynne Olver. "TheFood Timeline: history notes--salad". 2020-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
  5. "salad-recipe.net". 2005-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
  6. "The History Of Salad". ChefTalk.com. 17 February 2010. 5 June 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 February 2018.
  7. "Council Minutes page 78" (PDF). 2022-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]