Mindoro boğazı - Mindoro adası ilə Busuanqa adasını ayıran, Cənubi Çin dənizi ilə Sulu dənizini birləşdirən boğaz.[1] İki ada arasında Filippindəki ən böyük mərcan rifi sistemi olan Apo rifi yerləşir.[2] Rif boğazı Apo Şərq aşırımı və Apo Qərb aşırımını ayırır.[3]
Mindoro boğazı Hind okeanı və Sakit okean arasında keçən gəmilər üçün alternativ marşrutun bir hissəsidir.
Müasir batimetrik zondlamalar göstərdi ki, Mindoro boğazının və Sibuti keçidinin mərkəzləri son buz dövründə mövcud olacaq qədər dərin olduqlarını göstərdi. Bu da H.Otley Beyerin Filippinlərin ilk sakinlərinin torpaq körpülər vasitəsilə bura gəlmələri haqındakı məşhur nəzəriyyəsi ilə ziddiyyət təşkil edir. Təsdiqlənsəydi, ölkənin ən qədim sakinlərinin adalara çatmaq üçün açıq dənizi keçmək məqsədiylə qayıqlara ehtiyacı olacaqdı.