Mingəçevir yazıları

Mingəçevir yazılarıMingəçevir kilsə kompleksində qazıntılar zamanı tapılmış, üzərində Qafqaz albanlarının dilində mətnlər olan kitabələr.

Mingəçevir yazıları
Material qum daşı
Yazı alban əlifbası ilə qafqaz albanlarının dilində yazılmış kitabə
Yeri Mingəçevir kilsə kompleksi
Tarixi 1946
Saxlanılır Azərbaycan Tarix Muzeyi, Bakı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mingəçevir kilsə kompleksi ərazisində arxeoloji qazıntılar zamanı üzərində tovuzquşları və müqəddəs xaç təsviri olan alban yazılı daş aşkarlanmışdır. Daş bəzi araşdırmaşılara görə xaç altlığı, bəzilərinə görə isə qurbangah olmuşdur. Daşın üzərindəki mətni Jost Gippert deşifr etməyi bacarmışdır[1]:

Sütun üzü Albanca mətn Transliterasiyası Tərcüməsi Bərpa edilmiş versiyası
1 𐕂𐔼𐔺𐔰𐕚𐕃𐔶𐔱𐔴𐕐𐔼𐔺𐕚𐔼𐕒𐔾𐕒𐕆𐔰𐔾𐔰𐕆𐔶𐕎𐔴𐔴𐔼 c̣iyas ʒ́ē beši ysi olo hala hēne e i Ağamız İsanın adı ilə! Bu sütunun üzərindəki xaç
2 𐕆𐕈𐔾 𐔺𐔶 𐕒𐕡𐕚𐔴𐕎𐔰 𐕀𐕒𐕚𐕙𐕒𐕒𐕡𐔼 hål yē owsena xosroowi Xosrovun 27-ci ilində
3 …𐕚𐔴𐕙𐔱𐔰𐕒𐕡𐕎… …serbaown… …ilk…
4 …𐕈𐕚 𐕖𐕒𐔽𐔼𐕎 𐔼𐕚𐕄𐔰𐕗𐕒𐕚𐔴𐕎 𐔱𐔼𐔺𐔰𐔺𐕎 …ås čoʕin isḳaṗosen biyayn ..in… Çola yepiskopu hazırladı.

Yoqun şamdanı

[redaktə | mənbəni redaktə et]

Qazıntılar zamanı tapılan bəzi şamdanlardan birinin üzərindəki yazıları Volfqanq Şulze 2003-cü ildə deşifr etməyə çalışmış, Jost Gippert isə daha dəqiq tərcümə təklif etmişdir: Mən Yoq, Tanrının günahkar qulu, bunu ürəyimin ləyaqətli təmsili kimi hazırladım.[1] Jost Gippert bu şamdana "Yoqun şamdanı" adını verib.

Şamdan sətirləri
I üz
II üz III üz
IV üz
1 𐔵𐕡 𐔺𐕒
2 𐔲 𐔲𐕒
3 𐕣𐔰𐕙 𐕀𐔶 𐕎𐔰 𐔼𐔽𐕒𐕡 𐔱𐔶𐔴𐕜
4 𐕒𐕡𐕇𐔱𐔴𐔾𐔴
5A 𐕘𐔰𐕆𐔰𐕄𐔴
5B 𐕆𐕞𐕡𐕄𐔴 𐕎 𐔰𐕄[𐕒𐕡]𐕇𐔱𐔼 𐔺𐔰𐔺

Əlifba sıralı şamdan

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Tarix Muzeyinin inventarındakı bir başqa şamdanın üzərindəki yazılar tam oxunsa da müəyyən bir hərfi mənası olmadığı, əlifbanın 16 hərfinin müəyyən bir sırada düzüldüyü qənaətinə gəlinib.

I üz II üz III üz IV üz
𐔰𐔱 𐔲𐔳 𐔴𐔵𐔶 𐔷𐔸𐔹
𐔼𐔽𐔾 𐕖𐕗𐕙

Əl işi şamdan

[redaktə | mənbəni redaktə et]

Şamdanlardan birinin üzərindəki mətn Udi dili ilə oxunulmuşdur:

Albanca mətn Translit. Tərcümə
𐔵𐕒𐕡 𐕣𐔼𐕎 𐕢𐔴 zow kin pe Bunu əllərimlə düzəltdim

Keramik məişət qabları

[redaktə | mənbəni redaktə et]

Mingəçevir kilsə kompleksində tapılmış yazılı əşyalardan biri də məişət qablarıdır. Bu məişət qablarından birinin üzərindəki yazı hələ 1967-ci ildə Georgi Klimov tərəfindən "Manas" kimi oxunmuşdur.[2] Jost Gippert "Manas"ın Manasse adının qısaldılmış variantı olduğunu düşünür.[1] Bir başqa məişət qabının isə əslində şamdan ayağı olduğu düşünülür. Jost Gippert bu qabın üzərindəki mətni "Dəyərlim, sevgilim, bu şamdanı sənin üçün hazırladım" kimi tərcümə edib.

Albanca mətn Transliterasiya
𐕌𐔰𐕎𐔰𐕚 manas
[𐕄]𐔼𐔺𐔴𐔱𐕒𐕡𐕍̇𐔰𐕎[𐔰]

𐔺𐕒

𐔵𐕒𐕡 𐕛𐔰 𐔱𐔰𐔾𐔰

𐔱𐔼𐔺𐔰[𐔺]

[ḳ]iyebowq̇an[a]

yo

zow wa bala

biyay

  1. 1 2 3 "Jost Gippert — The Albanian Inscriptions Revisited (2017)". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-23.
  2. Климов Г. А. Фонема и морфема: К проблеме лингвистических единиц. М., 1967, səh. 78