Minho Universiteti (Universidade do Minho) — Portuqaliyanın tarixi Minho vilayətində dövlət universiteti. Universitet ölkənin ən böyük universitetlərindəndir.
Minho Universiteti | |
---|---|
Universidade do Minho | |
41°33′47″ şm. e. 8°23′31″ q. u. | |
Əsası qoyulub | 11 avqust 1973 |
Ölkə | |
Sayt |
uminho.pt/PT uminho.pt/EN |
Vikianbarda əlaqəli mediafayllar |
1973-cü ildə qurulan Minho Universiteti o zamanlar Portuqaliyada ali təhsilin strukturunu dərindən dəyişdirən "Yeni Universitetlər"dəndir.
Universitetin 19000-dən çox tələbəsi (onların 42%-i aspirantdır), təxminən 1300 müəllim-professor heyəti var. Portuqaliyanın ən böyük universitetlərindən biridir.
2012-ci ildə The Times Minho Universitetini dünyanın ən yaxşı 400 təhsil müəssisəsi sırasına daxil etdi.[2]
2013-cü ildə Minho Universiteti Times Higher Educationun reytinqində dünyanın ən yaxşı 100 universitetindən biri seçildi.
2014-cü ildə Times Higher Educationun reytinqində ümumi hesabda 75-ci və 2015-ci ildə 351—400 arasında yer aldı.[3]
Universitetdə tədris fakültələri ilə yanaşı, müxtəlif bilik sahələri üzrə ixtisaslaşmış tədqiqat mərkəzləri fəaliyyət göstərir.