Mini-lab SDU

"Mini-lab SDU"Sumqayıt Dövlət Universitetində hazırlanmış müasir rəqəmsal/analoq treyner elektron cihazı.[1]

Qısaca adı "Mini-lab SDU" olan "Mini lab rəqəmsal/analoq treyner adlanan elektron cihaz" 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin əməkdaşları tərəfindən hazırlanmışdır.[1]

Analoji cihazlardan Qərb universitetlərində, kolleclərdə elektronika və avtomatika mühəndisliyi hazırlığında istifadə olunur.[1] Ölçülərinə və funksiyalarına görə xarici analoqlarından fərqlənən "Mini-lab SDU" nəzəriyyənin praktikaya tətbiqini asanlaşdırmaqla yanaşı, tələbələrə praktiki vərdişlər əldə etmək imkanı da yaradır.[1] Həm elmi və tədris laboratoriyalarında, həm də ev şəraitində istifadə oluna bilər.[1] Mini-lab dövrələri qurmaq və test etmək üçün lazım olan test cihazlarını özündə birləşdirir.[1]

Tələbələrin belə tədris texnologiyalarından istifadəsi gələcəkdə mühəndis kadrlarının sənayenin müxtəlif sahələrində daha uğurla çalışmasını imkan verməklə yanaşı, universitetlərdə də tələbə yaradıcılıq fəaliyyətini xeyli canlandırmış olar.[1]