Elxan Bahadur oğlu Hüseynov (1 yanvar 1948, Kirovabad) — Sumqayıt Dövlət Universitetinin rektoru (2014-2023)[1]), Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri, professor.
Elxan Hüseynov | |
---|---|
Elxan Bahadur oğlu Hüseynov | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | 2 |
Atası | Bahadur Hüseynov |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
Elxan Bahadur oğlu Hüseynov 1 yanvar 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur[2].
1966-cı ildə Gəncə şəhəri 18 nömrəli tam orta məktəbi bitirmişdir.
1966–1967-ci illərdə Azərbaycan dəmir yolu Gəncə şəhəri Vaqon deposunda defektoskopist vəzifəsində çalışmışdır.
1967–1970-ci illərdə Yüngül Sənaye Nazirliyinin Elmi-Tədqiqat laboratoriyasında laborant,
1970–1971-ci illərdə Azərbaycan LKGİ Oktyabr rayon komitəsində təlimatçı,
1971–1973-cü illərdə Azərbaycan Dövlət Universitetində Komsomol komitəsi katibinin müavini vəzifələrində çalışmışdır.
1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir[2].
1973–1974-cü illərdə ordu sıralarında xidmət keçmiş,
1974–1978-ci illərdə Yerli Sənaye Texnologiya texnikumunda komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Bakı şəhər komitəsində təlimatçı, Azərbaycan KP Oktyabr Rayon Komitəsində təlimatçı vəzifələrində çalışmışdır.
1978–1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin Partiya Komitəsi Katibinin müavini olmuş,
1991–1995-ci illərdə Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
1995–1999-cu illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru,
1999–2002-ci illərdə BDU-nun birinci prorektoru-tədris işləri üzrə prorektoru vəzifələrində çalışmışdır.
2002–2010-cu illərdə Azərbaycan Respublikasından kənarda diplomatik fəaliyyətdə olmuşdur.
2010–2011-ci illərdə BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışdır.
2013–2014-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri, Sumqayıt Dövlət Universitetinin Tədris işləri üzrə prorektoru vəzifələrində çalışmışdır.
2014-cü il Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunub.
13 sentyabr 2023-cü ildə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunub
Ailəlidir, iki övladı, 5 nəvəsi var.
1980–1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fəlsəfə kafedrasında baş müəllim, dosent əvəzi vəzifələrində çalışmışdır.
1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmişdir.
1991–1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmışdır.
1994-cü ildə dosent, 2017-ci ildə professor elmi adını almışdır.
2020-ci ildə Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri Professoru adına layiq görülmüşdür.
— Ali məktəb mühitində sosial-mənəvi münasibətlərin inkişaf faktorları,
— yeni təfəkkür və sosial aktivlik,
— şəxsiyyətin özünüdərki və azadlığının qarşılıqlı əlaqələri barədə,
— milli özünüdərk: mahiyyəti və məzmunu,
— milli özünüdərkin formalaşmasında dinamika və ziddiyyətlər,
— fəlsəfədə yadlaşma problemi,
— sinergetik paradiqma: ipostasiyaları və metodoloji prinsipləri kimi problemlərə həsr olunmuş elmi əsərlərin müəllifidir.
8 avqust 2002-ci ildə Elxan Hüseynova Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilmişdir[3].
8 avqust 2002-ci ildən[4] 15 yanvar 2010-cu ilə qədər[5] Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərmişdir.