Siyahıda Birləşmiş Millətlər Təşkilatının üzvü olan 193 ölkə və həmçinin bu təşkilatın keçmiş üzvlərinin, məhdud tanınmaya sahib ölkələrin, o cümlədən Şimali Kipr Türk Respublikası və Kosovonun rəsmi minimum əməkhaqqı dərəcələri göstərilmişdir. Bəzi ölkələrin çox qarışıq minimum əməkhaqqı təyinetmə sistemi vardır. Məsələn, Hindistan 1202-dən artıq minimum əməkhaqqı dərəcəsinə sahibdir.[1]
Siyahıda sadalanmış ölkələrdəki əməkhaqqıları ümumi miqdara əsasən hazırlanmışdır, yəni, əməkhaqqının ölkədən ölkəyə fərqlənən vergi ödənişləri və sosial təhlükəsizlik ianələrindən əvvəlki vəziyyət nəzərə alınır. Həmçinin ictimai bayramlar, xəstəlik maaşı, məzuniyyət və işə götürən tərəfindən ödənilən sosial sığorta ianələri də əməkhaqqılarının hesablanması zamanı nəzərə alınmamışdır.
Müqayisə məqsədilə illik əməkhaqqının sadalandığı sütun insanların son istehlak xərclərinin alıcılıq qabiliyyəti paritetinə (ing. purchasing power parity, PPP) əsaslanaraq hesablanan fərzi valyuta olan beynəlxalq dollarla təqdim olunmuşdur. İllik əməkhaqqını hesablamaq üçün ən kiçik ümumi minimum əməkhaqqı istifadə olunmuşdur.
Ölkə | Minimum aylıq əməkhaqqı | İllik | Həftəlik iş müddəti (saatla) |
Saatlıq | Adambaşına düşən ÜDM faizi |
Qərarın qəbul olunduğu tarix | ||
---|---|---|---|---|---|---|---|---|
Nominal (ABŞ$) |
AQP (GK$) |
Nominal ABŞ$ |
AQP (GK$) |