Minnesota Dövlət Universiteti — ABŞ-ın Minnesota ştatının Mankato şəhərində dövlət universiteti. Bu, Minnesotanın ikinci ən böyük universitetidir.[5][6]
Universitet 1858-ci ildə[7] Dövlət Pedaqoji Məktəb kimi qurulmuşdur və 10 il sonra rəsmi olaraq Mankato Pedaqoji kolleci olaraq açıldı.[8][9] 1868-ci ildə qurulan Minnesota Dövlət Kolleci Minnesota Universitet Sisteminin 2-ci ən qədim üzvüdür və flaqman institutu kimi xatırlanır. Məktəbin ilkin missiyası Minnesotanın cənubundakı kənd məktəbləri üçün müəllimlər hazırlamaq idi.
1921-ci ilə qədər məktəb o qədər böyüdü ki, 4 illik bakalavr dərəcələri təklif etməyə başladı. Nəticədə Mankato Dövlət Müəllimlər Kolleci adlandırıldı.
1957-ci ilə qədər qurumun missiyası hərtərəfli 4 illik kollec təhsilini genişləndirmək idir. 1960-cı iıdə qanunverici orqan məktəbin adını Mankato Dövlət Kolleci olaraq dəyişdirdi. 1960-cı illərdə institut o qədər sürətlə böyüdü ki, ştatın qanunverici orqanında onun universitet statusuna yüksəldilməsi üçün qanun layihəsi təklif edildi və Minnesota Dövlət Universiteti adlandırıldı.[10]
1998-ci ildə ştatın ali təhsil sisteminə verdiyi mühüm töhfəyə görə universitetə Minnesota Dövlət Universiteti, Mankato adı verildi.[11]
2007-ci ildən universitetə Tətbiqi Doktorluq dərəcələri təklif etməyə icazə verildi.[12]
Minnesotanın yeganə milli, regional və ştatda akkreditə olunmuş aviasiya proqramı bu universitetdə təşkil olunub.[14][15]
Minnesota Ştatı 11 tələbə qrant mükafatı və 41 Fulbrayt Proqramı təqaüdçüsü təqdim etməklə, ölkənin ən çox Fulbrayt mükafatı alan magistr təhsili müəssisələri arasındadır.[16][17][18]
Hər il 3000-dən çox tələbə bu universiteti bitirir. Qeydiyyat İdarəsi təxminən 3000 bakalavr, 600 magistr, 50 mütəxəssis və 10 doktorluq dərəcəsi verir.[19] Universitetin Karyera İnkişafı Mərkəzi bildirir ki, məzunların 85%-i öz sahələrinə aid sahədə iş tapır və 90% məzun olduqdan sonra 12 ay ərzində işlə təmin olunur və ya təhsillərini davam etdirirlər.[20]
Universitet Ali Təhsil Komissiyası,[21] Amerika Universitet Qadınları Assosiasiyası, Amerika Mühəndislik və Texnologiya Şurası, Kollec Biznes Məktəblərini İnkişaf etdirmə Assosiasiyası, Müəllim Təhsilinin Akkreditasiyası Şurası da daxil olmaqla 26 milli və regional akkreditasiya agentlikləri tərəfindən akkreditə edilmişdir. [22]
Universitet yeni və inkişaf etməkdə olan sahələrin ehtiyaclarını ödəmək üçün yeni proqramlar yaradır. Həmçinin ölkədə Məhkəmə ekspertizası üzrə magistr dərəcəsi təklif edən ilk müəssisədir[31] və şəhərşünaslıq və yerli hökumət idarəçiliyində ilk fənlərarası proqramlardan birini təklif edir.[32]
Proqramlara aşağıdakılar daxildir:
Aviasiya və aeroportların İdarəetmə proqramı.[33] Minnesota ştatında yeganə akkreditə olunmuş aviasiya proqramıdır.
Universitetin kampusunda 30 bina var.[35] Kampusda yaşayış binaları, tədris korpusları, kitabxana, musiqi kitabxanası, 2 astronomiya rəsədxanası, alternativ və bərpa olunan enerji üzrə eksperimental tədqiqat stansiyaları, istirahət mərkəzi, atletika kompleksi və tələbə mərkəzi var.
↑"Research Centers". College of Graduate Studies and Research. Minnesota State University, Mankato. 18 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2018.