Minnesota Universiteti Sistemi — ABŞ-nın Minnesota ştatında dövlət universitet sistemi.[3]
Minnesota Universiteti sistemi | |
---|---|
Tələbə sayı | 58.049[1] |
Ölkə | |
Sayt | umn.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Universitetin Sent-Pol, Krukston, Duluth, Morris və Roçester şəhərlərində kampusları var. Universitet həmçinin ştatda bir neçə tədqiqat mərkəzlərini idarə edir. Minnesota Universiteti sistemi Ali Təhsil Komissiyası tərəfindən akkreditə olunub.[4]
Universitet 1851-ci ildə Minnesota dövlətçiliyindən yeddi il əvvəl kollec hazırlıq məktəbi kimi Minneapolisdə yaradılmışdır. Məktəb Amerika Vətəndaş Müharibəsi zamanı bağlandı, lakin 1867-ci ildə yenidən açıldı.
1869-cu ildə məktəb yenidən təşkil edilərək ali təhsil müəssisəsinə çevrildi.
Eastkliff kimi tanınan rəsmi iqamətgah 1958-ci ildən istifadə olunur. Bina 2000-ci ildə Tarixi Yerlərin Milli Reyestri siyahısına əlavə edilmişdir.
Minnesota Universiteti bakalavr, magistr və doktorantura üzrə proqramlar təklif edir. Ümumi universitetin 5 kampusunda tələbələr 300-ə yaxın müxtəlif dərəcə, ixtisas və proqramlar üzrə təhsil ala bilərlər.[5]