ABŞ-nin Tarixi Yerlərin Milli Reyestri (ing. National Register of Historic Places) — ABŞ federal hökuməti tərəfindən aparılan tarixi abidələrin rəsmi siyahısı. Siyahiya fərdi tarixi binalar, bütöv tarixi rayonlar və digər obyektlər (məsələn, muzey gəmiləri) daxil edilir.
Tarixi Yerlərin Milli Reyestri | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 1966 |
Tabelik | ABŞ Konqresi[1], ABŞ Prezidenti[1], ABŞ Daxili İşlər Naziri[1] |
İllik büdcəsi | 16.8 milyon (2018) |
Rəsmi saytı | nps.gov/subjects/nationa… |
Vikianbarda əlaqəli mediafayllar |
"Milli Tarixi Abidə" (ing. National Historic Landmark) statusu olan bütün obyektlər avtomatik olaraq Tarixi Yerlərin Milli Reyestrinə əlavə edilir. Bununla birlikdə, reyestr obyektlərinin çoxunun bu statusu yoxdur: siyahıda olan səksən min obyektdən yalnız 2430-u "Milli Tarixi Abidə" statusuna malikdir.
Reyestr 1966-cı ildən bəri aparılır.