Mir Sahib Ağazadə (Ağayev Sahib Qabil oğlu;23 fevral 1980, Bakı) — Azərbaycan aktyoru, rejissor.
Mir Sahib Ağazadə 1980-ci ildə Bakıda anadan olmuşdur. Bakı İslam Universitetini (1996-2000), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” fakültəsini (2001-2004) bitirmişdir. 2000-2003-cü illərdə “Zaman” müstəqil teatrında aktyor, rejissor köməkçisi, quruluşçu rejissor vəzifələrində çalışmışdır. Bir müddət sonra özünün “İrfan” adlı müstəqil teatr studiyasını yaradıb. Bu studiada bir neçə tamaşa və kompozisiyaya quruluş verib (2004-2007). Tələbəlik illərindən kurs rəhbəri Vaqif İbrahimoğlunun yaratdığı Yuğ teatrında aktyor, rejissor köməkçisi kimi fəaliyyət göstərib. 2007-ci ildən 2019-cu ilə qədər “Yuğ” Dövlət Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Bir neçə bədii film və serialda aktyor kimi rol alıb. Dövlət tədbirlərinin, yubiley və bədii gecələrinin quruluşçu rejissoru olub. Halhazırda Azərbaycan Dövlət Televiziyasında quruluşçu rejissor olaraq fəaliyyətini davam etdirir.
Ailəlidir, iki övladı var.
Azərbaycan Teatr Xadimləri İttifaqının 2001-ci ildə keçirdiyi “Monotamaşalar” festivalında “Məcnunun duası” monotamaşasına görə “Ən yaxşı rejissor işi” nominasiyasının qalibi olmuşdur.
Yuğ Dövlət Teatrında Orxan Fikrətoğlunun hekayələri əsasında quruluş verdiyi “Fəna” tamaşasında baş rolun ifaçısı "Humay" Milli Mükafatına layiq görülmüşdür.
- “Qadın” F.Kafkanın “Balaca qadın” hekayəsi əsasında.
- “And Olsun” M.Füzulinin “Hədiqətüs süəda” əsəri əsasında.
- “8 mart və ya...” Ə.Haqverdiyevin “Qadınlar bayramı” pyesi əsasında.
- “Ya Rəbb” M.Füzulinin qəzəlləri əsasında V.İbrahimoğlunun “Mən Məhəmməd Füzuli” Teatr layihəsi çərçivəsində hazırlanan yeddi tamaşadan biri
- “Qəm evi” N.Qurban (aktyor və quruluşçu rejissor)
- “Müctəhidin yuxusu” Ş.Nəzərli (aktyor və rejissor)
- “Məbəs” N.Qurban
- “Mən” S.Ağayev (xareoqraf və quruluşçu rejissor)
- “Qorxulu yuxu” S.Ağayev
- “Ruhlar” E.De. Filippo
- “Fəna” Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında.
- “Danabaşlar” C.Məmmədquluzadənin hekayələri əsasında
- “İblis” Hüseyn Cavidin eyniadlı pyesi əsasında
- Natiq Ritm qrupu və bir neçə sənətçinin iştirakı ilə şəhidlərə həsr olunan “Eşq Karvanı” adlı konsert-tamaşa. (2010-cu il. Bakı Əyləncə Mərkəzi)
- 2015-ci ildə YUĞ Dövlət Teatrının binasının sökülməsi və fəaliyyətini müvəqqəti olaraq A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirməsi qərarından sonra teatrın bütün kollektivinin və “AMAROK” mistik musiqi qrupunun (Vaqif İbrahimoğlunun YUĞ Teatrında hazırladığı tamaşaların adlarından ədəbi material kimi istifadə edərək) iştirakı ilə “Çox məkanda VAR olmuşuq...”adlı musiqili-tamaşa. (2016-cı il)
- Xalq Artisti Eyyub Yaqubovun iştirakı ilə İmadəddin Nəsiminin irfan yaradıcılığına söykənən “Külli zaman içrə “saat yarım” adlı konsert-tamaşa.( 2019-cu il. Beynəlxalq Muğam Mərkəzi)
- Xalq şairi Ramiz Rövşənin şeirləri əsasında “Qəfil gün doğsa bir gecə” adlı konsert-tamaşa.(2019-cu il. H.Əliyev sarayı)
- Girov (film, 2005)
- Qarabağdır Azərbaycan (film, 2009)
- Çölçü (film, 2012)
- Qübbə Yəhudiləri (film,2015)
- Sən olmasaydın-Qisas(teleserial,2016)
- Məhəbbətə məğlub (teleserial,2019)
- http://azpress.az/index.php?lang=az§ionid=news&id=64011
- https://teatro.az/post/195
- http://admiu.edu.az/news2019.php?go=104
- https://modern.az/az/news/71130
- http://frame.az/orxan-fikr%C9%99toglunun-itki-v%C9%99-f%C9%99na-tamasasi-numayis-olunacaq/
- http://medeniyyet.az/page/news/24410/Mingecevir-Dovlet-Dram-Teatrinda-Ruhlar.html
- http://medeniyyet.az/page/news/51030/Qefil-gun-dogdu-bir-gece.html
- http://medeniyyet.az/page/news/48627/Nesimi-isiginda-nura-boyanan-edebimusiqili-axsam.html