Miraj F-1

Dasso "Miraj" F1 (Dassault Mirage F1)1960-cı illərdə Dasso aviadüzəldən şirkəti tərəfindən hazırlanan yüngül çoxməqsədli qırıcı. Dassault Mirage III varisidir. 1970-ci illərdə, "Miraj 2000" çoxməqsədli qırıcı silahlanmaya qəbul olunana qədər, Fransa HHQ-nın əsas qırıcısı idi. Cəmi 700 belə təyyarə buraxılmışdı, onlardan 251 Fransa HHQ-i üçün. Dünyanın 12 ölkəsinə ixrac edilirdi, bir sıra hərbi konfliktlərdə (xüsusi ilə hər iki tərəfdən İran-İraq müharibəsində) və Çad müharibəsində tətbiq edilmişdi.

Dassault Mirage F1
Tipi Qırıcı
Hazırlayan Dassault Aviation
İstehsalçı Dassault Aviation
İlk uçuş 23 dekabr 1966
İstismara verilmə tarixi mart 1973
İstismarçılar
Buraxılış sayı 730
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar