Miranda Kerr

Miranda Kerr (d. 20 aprel 1983, Sidney, Avstraliya), Avstraliyalı model.

Miranda Kerr
ing. Miranda Kerr
Doğum tarixi (41 yaş)
Doğum yeri Sidney, Avstraliya Avstraliya
Uşağı 3[1]
Fəaliyyəti model[d], supermodel[d], Victoria's Secret Angels[d]
Fəaliyyət illəri 1997-ci ildən
Boyu 1,75 m
Çəkisi 57 kq
IMDb ID2473819
mirandakerr.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

20 aprel 1983-cü ildə Avstraliyanın Sidney şəhərində dünyaya gəlmişdir. Kerr ilk dəfə 13 yaşı olarkən Chaay's Modelling Agency-də modellik etməyə başladı. O Therese and John Kerr-in 2 uşağından biridir. Onun özündən 2 yaş kiçik, Matthew adlı bir qardaşı var. Uşaq vaxtı nənəsinin fermasına gedib, at çapmağı və motosikl sürməyi sevərmiş.

2003-cü ildə Mirandanın maliyyə brokeri Adrian Camilleri ilə münasibətləri yaranmağa başladı. Lakin Adrian Camillerin başına gələn bir hadisə nəticəsində Kerr 2004-cü ildə münasibətlərinə son qoydu.

21 iyun 2010-cu ildə Miranda Kerr ilə Orlando Bloom nişanlandılar, 2010-cu ilin 22 iyul tarixində isə onların toy mərasimi baş tutdu. 2011-ci ildə cütlüyün Flynn Christopher Blanchard Copeland Bloom adlı bir oğlu dünyaya gəldi. Uşağın adındakı Christopher, Mirandanın keçmiş sevgilisi "Christopher Middlebrook"-un adından götürülmüşdür, o şəxs ki, 1998-ci ildə, 15 yaşı olarkən avtomobil qəzasında dünyasını dəyişmişdi.

25 oktyabr 2013-cü il tarixində Miranda Kerr və Orlando Bloom ayrıldıqlarını bəyan etdilər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. https://www.usatoday.com/story/life/people/2018/05/10/miranda-kerr-evan-spiegel-welcome-son-baby-boy/597493002/.