Miraslan Ağayev

Miraslan Ağayev — aktyor, teatr həmkarlar təşkilatının idarə heyətinin sədri.

Miraslan Ağayev
Ağayev Miraslan Əzizəli oğlu
Doğum tarixi (65 yaş)
Doğum yeri Tikəband, Lerik rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor, teatr həmkarlar təşkilatının idarə heyyətinin sədri.
Mükafatları Azərbaycan Lenin Komsomol Gənclər İttifaqının Lənkəran şəhər komitəsinin fəxri fərmanı,

Həyatı[redaktə | mənbəni redaktə et]

Ağayev Miraslan Əzizəli oğlu 18 mart 1958-ci ildə Lerik rayonun Tikəband kəndində anadan olmuşdur. 1975-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Dram Teatrında səhnə maşinisti kimi işə qəbul olunmuşdur. 1987-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuş və 1992-ci ildə oranı bitirmişdir. 1975-ci ildən Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində işləyir. Şəhərin ictimai tədbirlərində fəal iştirakına görə 24 Mart 1982, 27 Mart 1985, 14 Oktyabr 1987-ci illərdə Azərbaycan Lenin Komsomol Gənclər İttifaqının Lənkəran şəhər komitəsinin fəxri fərmanları ilə təltif olunmuşdur. Miraslan Ağayev Türkiyənin Dənizli, Antaliya və Konya şəhərlərində festivallarda iştirak etmişdir.

Miraslan Ağayevin oynadığı tamaşalardan C. Məmmədquluzadənin “Ölülər”, Ü. Hacıbəyovun “Olanlardan-keçənlərdən” tamaşaları Azərbaycan Dövlət Televiziyasında “Qızıl fond”da saxlanılır. Miraslan Ağayev teatr həmkarlar təşkilatının idarə heyyətinin sədridir.

İfa etdiyi rollar[redaktə | mənbəni redaktə et]

C.Cabbarlı “Sevil” – Əbdüləli bəy C.Məmmədquluzadə “Ölülər” – Hacı Baxşəli M.F.Axundov “Molla İbrahimxəlil” – Molla Həmid V.Səmədoğlu “Uca dağ başında” – Murtuz Ş.Qurbanov “Özümüz bilərik” – Bəbirli H.Cavid “Topal Teymur” – Nazim ağa S.Vurğun “Fərhad və Şirin” – Topal Ü.Hacıbəyov “Olanlardan-keçənlərdən” – Məşədi, Şagird, Vəli Qoqol “Müfəttiş” – Karobkin M.Hüseyn “Cavanşir” – Qartal Ə.Əmirli “Varlı qadın” – Vəkil B.Nuşiç “Nazirin xanımı” – Pera S.S.Axundov “Qaraca qız” – Bəy S.Vurğun “Vaqif” – Sərkərdə Ə.Nesin “İntihar” – Murad bəy, Nuru, Məmur A.Safronov “Yerin cazibəsi” – Mayor A.Çxaidze “Çinari manifesti” – Bibo H.Mirələmov “Pənah xan Cavanşir” – Heydərqulu xan H.Allahyarov “Bir ovuc torpaq” – Polkovnik Lıskov M.Xubai “Şeytanın oyunları” - Pollada A.Babayev “Üç qardaş” - Şah İ.Əfəndiyev “Qəribə oğlan” - Əhmədcan N.B.Vəzirov “Milyonçu dilənçi” - Mayor Xudaverdi bəy A.Zeynalov “20 yanvar” - Şəhid L.Korsunski “Kələkbaz” - Petraşov E.D.Filippo “Ruhlar” - Qastone B.Beyzayi “İlan Sultan” - Vəzir Ə.Vəlioğlu “Əsrlərin harayı” - Kahin A.Şaiq “Qoç Polad” - Toxtamış M.F.Axundzadə “Hacı Qara” - Xəlil M. Ağayevin bir rejissor kimi quruluş verdiyi tamaşalar: M.Ağayev “Təbii Tibbi Klinika”

Oynadığı filmlər və serialları[redaktə | mənbəni redaktə et]

“Susmuş vicdan” – Deputat “Durnalar qayıdır” – Əsgər “Sevginin göz yaşları” – Ata “Durnalar qayıdanda” – Məhbus “Günəşim ol” – Qafur

Mükafatları[redaktə | mənbəni redaktə et]

6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.