Miraslan Bəkirli

Miraslan Bəkirli (azərb. Miraslan Məcnun oğlu Bəkirli‎; 17 mart 1955, Qızıl Şəfəq, Kalinino rayonu) — telejurnalist, yazıçı-publisist,[1] Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvü.

Miraslan Bəkirli
Doğum tarixi 17 mart 1955(1955-03-17) (69 yaş)
Doğum yeri

Miraslan Bəkirli 17 mart 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunda (keçmiş Varantsovka, qədim adı isə Daşır olmuşdur), Qəzəl Şəfəq kəndində (keçmiş Cücəkənd) anadan olub. 1969-cu ildə Qızıl Şəfəq 8 illik, 1971-ci ildə İlməzli kənd orta məktəbini bitirmişdir. Bir il Qızıl Şəfəq sovxozunda fəhlə işləmiş, 1972-1977-ci illərdə BDU-nun (keçmiş ADU) geoloji-coğrafiya fakültəsini bitirmiş, Cəlilabad rayonunun Eçara, Maşlıq kəndlərində dövlət göndərişi ilə müəllim işləmişdir. 1980-i ildən 1988-ci il hadisələrinə qədər doğulduğu rayonda “Zarya” qəzetində işləmiş, sonra Sumqayıt şəhərinə köçüb gəlməyə məcbur olmuşdur. Sumqayıtda əvvəl 8 sayli məktəbdə müəllim, sonra 18saylı məktəbdə dərs hissə müdiri, 1990-cı ildə ilk müstəqil qəzetlərdən olan “Vətən səsi” qəzetində ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor kimi çalışır. "Halallıq", "El deyimləri", "Yurd", "Yurd yeri" kimi etnoqrafik, tarixi, publisistik; "Ağrı", "Vətən qürbətdə qaldı", "Həsrət", "Durnalar qayıdanda" kimi verilişlərlə Qərbi Azərbaycan və işgalda olan torpaqlarımızla bağlı; Qarabağ müharibəsində isə döyüş movqelərindən "Qılınc qolun davamıdır", "Cəbhədən qayıtmışıq" silsilə verilişlər hazırlayıb.

1984-cu ildən bədii yazllarla müntəzəm olaraq ədəbi orqanlarda çap olunur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

  1. “Çən qarısı” (uşaq hekayələri) 130 səh. – “Gənclik” nəş.- 1992-ci il;
  2. “İstək” (hekayələr, povectlər, esse və mənsur şeirlər) – 340 səh. “Ağrıdağ” 1999-cu il;
  3. “Qaçqının ünvanı olmur” (publisistika) 180 səh – “Nurlan” – 2002-ci il;
  4. “Kəndim- kədərim”- 1-ci cild (publisistika) 486 səh. – “Nurlan” – 2003-ci il;
  5. “Əsərlər” – 1-ci cild (hekayələr) – 400 səh.– “Nurlan” – 2004-ci il;
  6. “Əsərlər” – 2-ci cild (povestlər) – 454səh.– “Nurlan” – 2008-ci il;
  7. “Kəndim- kədərim”- 2-ci cild (publisistika) 486 səh. “Nurlan” – 2011-ci il;
  8. “Əsərlər” – 3-ci cild ("Sürgün" romanı) – 319səh.– “Zərdabi” – 2012-ci il;
  9. “Əsərlər” – 4-cü cild ("Mübariz" romanı) – 311səh.– “Zərdabi” – 2015-ci il;
  10. "Sürgün" (roman), Ankara, "Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyası" - 2012.[2]
  11. "Mübariz" romanı – Bakı, “Zərdabi” LTD – 2015-ci il; 311 səh.
  1. "Seymur Elsevər, "Folklor beşiyi Masallı - gördük onu xoş misallı", "Ekspress" qəzeti. 20 iyun 2013-cü il №108(3718)". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.
  2. "Miraslan BƏKİRLİ:- SÜRGÜN ( roman )". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.