Mirhəmzə Mirhəsən oğlu Eminov (18 iyun 1932, Yuxarı Yaycı, Naxçıvan MSSR – 12 dekabr 1980, Yuxarı Yaycı, İliç rayonu) — tütünçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1968), Sosialist Əməyi Qəhrəmanı (1973).[1]
Mirhəmzə Eminov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 iyun 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 12 dekabr 1980 (48 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | tütünçü |
Elmi fəaliyyəti | |
Elm sahəsi | bitkiçilik |
|
|
Təltifləri |
|
Mirhəmzə Eminov 18 iyun 1932-ci ildə Noraşen rayonu (indiki Şərur rayonu) Yuxarı Yaycı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1958-ci ildə S.Vurğun adına kolxozda başlamış, bu kolxozda kolxozçu, inşaat briqadiri (1959–1960), aqronom (1960–1961) və 1961-ci ildən briqadir işləmişdir. 1968-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1976-cı ildən AKP MK üzvü, SSR Ali Sovetinin (7-ci və 8-ci çağırış) deputatı olmuşdur. 1972-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 12 dekabr 1973-cü il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı, o cümlədən Lenin ordeni və "Qırmızı əmək bayrağı" ordeniləri ilə təltif olunmuşdur. 1976-cı ildə Azərbaycan SSR dövlət mükafatına layiq görülmüşdür. Mirhəmzə Eminov 12 dekabr 1980-ci ildə İliç rayonunda vəfat etmişdir.[2]