Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 15 gün əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Mirkazım Heydər oğlu Seyidov (16 fevral 1962, Sədərək, Noraşen rayonu) — yazıçı və siyasi xadim, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı, Azərbaycan diasporunun nümayəndəsi. Böyük Dayaq Partiyasının sədri
Mirkazım Seyidov | |
---|---|
15 avqust 2017 – ? | |
Sədr | Sübut Əsədov |
Demokratik Azərbaycan Dünyası Partiyasının müvəqqəti sədri | |
22 iyun 2012 – iyul 2012 | |
Demokratik Azərbaycan Dünyası Partiyası sədrinin birinci müavini | |
? – iyul 2012 | |
Sədr | Məmməd Əlizadə |
– noyabr 2008 | |
Sədr | Məmməd Əlizadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 fevral 1962 (61 yaş) |
Doğum yeri | |
|
|
Təltifləri |
Mirkazım Seyidov 1962-ci il fevralın 16-da Naxcıvanın Şərur rayonunun Sədərək kəndində dunyaya gəlmişdir.1980–1981-ci illərdə Texniki peşə məktəbində təhsil almışdır. ANİEA-nın dissertantıdır. 1983–1989-cu illərdə Düşənbə Tikinti materialları Kombinatında novbətci usta kimi çalışmış, 1990–1992-ci illərdə isə Duşənbə şəhəri "Kooperativ lola"da sədr olmuşdur.1992–1998-ci illərdə Rusiyada Novosibirsk şəhərində "Birlik" açıq səhmdar cəmiyyətinin baş direktoru olmuşdur.1998–2002-ci illərdə Novosibirsk şəhərində "Tikinti-99" açıq səhmdar cəmiyyətinin baş direktor olmuşdur.2002–2004-cü illərdə Novosibirsk şəhərində "Pələng" acıq səhmdar cəmiyyətində baş direktor olmuşdur. 2004–2005-ci illərdə Novosibirsk şəhərində Heydər Əliyev adına Beynəlxalq Xeyriyyə Fondunun prezidenti olmuşdur.2005–2008-ci illərdə Novosibirsk şəhərində Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun prezidenti olmuşdur. 2000–2007-ci illərdə Novosibirsk şəhər soveti Deputatları Partiyasının deputatı V. A. Qriqoryevin köməkçisi olmuşdur.2007–2009-cu illərdə Novosibirsk şəhər soveti Deputatları Partiyasının deputat koməkcisi olmuşdur.
Müxtəlif illərdə Demokratik Azərbaycan Dünyası Partiyasında fəaliyyət göstərmiş, partiya sədrinin birinci müavini olmuşdur. 2008-ci ilin noyabr ayında partiyadan istefa vermişdir. Daha sonra yenidən partiyaya qayıdan Mirkazım Seyidov 2012-ci ildə partiya sədri Məmməd Əlizadənin istefasından sonra partiya sədrinin səlahiyyətlərini icra etmişdir.[1][2] Lakin 2012-ci ildə anlaşmazlıqlar səbəbi ilə partiyadan uzaqlaşmış və Böyük Dayaq Partiyasının təsis edilməsi üçün çalışmışdır.
15 avqust 2017-ci ildə Mirkazım Seyidov Azərbaycan Respublikaçılar Partiyasının birinci müavini təyin edilmişdir.[3]
2020–2021-ci illərdə Böyük Dayaq Partiyasını təsis etmişdir.
Mirkazım Seyidov Turk dunyası Araşdırmaları Akademiyasının fəxri professoru və qızıl medal mukafatı, Akademik Y. Məmmədəliyev mükafatı, "Qızıl Qələm", "Məmməd Araz" mükafatları laureatıdır.
2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[4]
2012-ci il fevralın 21-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə gorə Mirkazım Heydər oğlu Seyidov III dərəcəli "Vətənə xidmətə gorə" ordeni ilə təltif edilmişdir.[5]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |