Mirmusa Ağamirov (1886, Şuşa — 1947, Bakı) — Azərbaycan botaniki, Azərbaycanda ilk nəbatat alimlərindən biri. Şəki məktəblərində (1906-cı ildən) və Bakının bir sıra ali məktəbində müəllimlik etmişdir. AKTU-də, APU-də, BDU-da bitki anatomiyası və fiziologiyası kafedrasının müdiri (1935—1943), professor (1944—1946) olmuşdur. Azərbaycan dilində ilk "Bitki anatomiyası" (1939) dərsliyinin müəllifidir. M.Ağamirovun elmi fəaliyyəti Azərbaycanda pambıqçılığın və qarğıdalı əkinlərinin inkişafına, pambığın və qarğıdalının quraqlığa və şoranlığa davamlılığı məsələlərinə həsr edilmişdir.[1]
Mirmusa Ağamirov | |
---|---|
Mirmusa Haşim oğlu Ağamirov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |