Mirnəcəf Həmzəyev — (29 may 1955, Kirovabad – 10 fevral 1993, Ağdərə, Tərtər rayonu) — Azərbaycanlı şəhid, baş gizir.
Mirnəcəf Həmzəyev | |
---|---|
Həmzəyev Mirnəcəf Seyidmüzəffər Oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | Ağdərə |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Hərbi hissə | 21357 saylı hərbi hissə |
Xidmət illəri | 1978-1993 |
Rütbə | Baş gizir |
Döyüşlər | Qarabağ müharibəsi |
Həmzəyev Mirnəcəf Seyidmüzəffər oğlu 29 may 1955-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1972-ci ildə Gəncə şəhəri 29 nömrəli orta məktəbin 10-cu sinfini bitirdikdən sonra Gəncə Baza İnşaat Texnikumuna daxil olubdur. Mirnəcəf Həmzəyev 1973-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və 1975-ci ildə hərbi xidmətini Moskva şəhərində başa vuraraq geri qayıtmışdır. Mirnəcəf Həmzəyev 1977-ci ildə ailə həyatı qurub və birgə nikahdan 3 övladı dünyaya gəlibdir[1].
Mirnəcəf Həmzəyev 1978-ci ildən etibarən Gəncə şəhərində 21357 saylı hərbi hissədə praporşik vəzifəsində işləmyə başlamışdır. 1991-ci ildə o, Gəncə şəhər Hərbi Polis Şöbəsinin zona üzrə hərbi polis dəstəsində taqım komandiri vəzifəsində çalışmışdır. Mirnəcəf Həmzəyev Qarabağ uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmiş, döyüş taktikası ilə əsgər yoldaşları arasında böyük hörmət qazanmışdır. O, nizam-intizamlı olmağı ilə yanaşı, həm də yüksək döyüş bacarığı ilə tez bir zamanda əsgər yoldaşlarının hörmətini qazanmış, dəfələrlə ağır döyüş əməliyyatlarında iştirak etmişdir. Nizami rayon məhkəməsinin 23 iyul 2007-ci il tarixli qətnaməsinə əsasən şəhid elan edilmişdir.