Mirns sincabı

Mirns sincabı (lat. Tamiasciurus mearnsi) — Gəmiricilər ailəsinin sincablar dəstəsinə aid növdür. Amerika zooloqu Edqar Aleksander Mirnsin (1856–1916) şərəfinə adlandırılmışdır.[3]

Mirns sincabı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Mirns sincabı
Beynəlxalq elmi adı

Meksikanın endemik heyvanıdır. Aşağı Kaliforniya ştatında geniş yayılmışdır. Dəniz səviyyəsindən 2100–2400 m hündürlükdə yerləşən şam və küknar meşələrində yaşayır.

Bir qayda olaraq ağacların oyuqlarında, ağacdələnlər tərk edilmiş boşluqlarda yaşayırlar. Bu sincablar isti aylarda meyvələri və fındıqları yığır, qışda isə onlardan istifadə edirlər. Daha çox iynəyarpaqlı ağaclarda yaşayırlar.

Yazın başlanğıcında çoxalırlar. Hamiləlik dövrü 36–40 gün çəkir və 3–7 bala doğurlar.

Zahiri görünüşü

[redaktə | mənbəni redaktə et]

Zahirən Duqlas sincabına çox oxşardır, amma bir qədər ondan kiçikdir. Bədənin uzunluğu — 19 santimetr, quyruğu — 11 santimetdir. Kürəyində qırmızımtıl-qəhvəyi və qarında ağ xəz vardır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]