Mirpaşa Miriyev

Mirpaşa Miriyev (Tam adı: Mirpaşa Mirismayıl oğlu Miriyev; 24 iyun 1920, Bakı12 iyun 2007) — İdman jurnalistikasının banilərindən biri. Əməkdar jurnalist, Prezident təqaüdçüsü.[1]

Mirpaşa Miriyev
azərb. Mirpaşa Mirismayıl oğlu Miriyev
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (86 yaşında)
Milliyyəti azərbaycanlı
Fəaliyyəti jurnalist

Mirpaşa Miriyev 1920-ci il iyunun 24-də Bakıda anadan olub[2]. 132 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şö­bəsinə daxil olub. Orada təhsil aldığı müddətdə «Azərnəşr»də korrektor vəzifəsində çalışıb, «Gənc işçi» qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin səhifələrində ilk yazılarını nəşr etdirib. 2007-ci il iyunun 12-də, 87 yaşında vəfat edib. Müxtəlif diplomlarla, tərifnamələrlə təltif olunan M.Miriyev həmçinin respublikanın əməkdar jurnalisti və prezident təqaüdçüsü adlarını daşıyıb.[3]

İkinci Dünya mü­haribəsi başlayanda Azərbaycanda redaksiyaların çoxu bağlandı. ”Gənc işçi” qəzeti də fəaliyyətini dayandırmalı oldu. Redaksiyanın üç işçisi - redaktor İsrafil Nəzərov, redaktor müavini Bö­yü­kağa Həsənov və Mirpaşa Miriyev radio verilişləri komitəsinə, cəbhəyə yollanan işçiləri əvəz etməyə göndərildilər. 1947-ci ildə Mirpaşa müəllim ”Azərbaycan gəncləri” qəzetinin redaktoru, onunla hələ “Gənc işçi” qəzetindən həmkar olan Bö­yü­kağa Həsənovun dəvəti ilə həmin qəzetə redaktor müavini vəzifəsinə keç­di. 1950-ci ildə «Azərbaycan bətən tərbiyəçisi» və «Fizkulturnik Azerbaycana» qəzetlərinə redaktor təyin edilib və 37 il fasiləsiz olaraq bu qəzetlərə rəhbərlik edib. Sonradan bu qəzetlərin adları dəyişdirilərək «İdman» və «Sport» olub. 1987-ci ilədək burada çalışan M.Miriyev həmin il təqaüdə çıxıb və «Neftçi» İdman Sağlamlıq Cəmiyyətində sədr müavini kimi ictimai fəaliyyət göstərib. [4]

  • Dəmir qala” (Bakı, 1942-ci il),
  • Bir zavodun idmançıları” (Bakı, 1953-cü il),
  • Kənd idmançıları” (Bakı, 1954-cü il),
  • Çempionlar” (Bakı, 1954-cü il),
  • Birləşən yollar” (Bakı, 1965-ci il).

Mətbuat Şurasının sədri Əflatun Amaşov onun haqqında fikrini belə bildirib:

" Uzun və mənalı ömür yolu keçmiş M.Miriyevin Azərbaycanda idman jurnalistikasının inkişafında müstəsna xidmətləri olub. Müharibə illərində Dövlət Radio Verilişləri Komitəsində siyasi verilişlər şöbəsinə rəhbərlik etmiş Mirpaşa müəllim 1947-ci ildə «Azərbaycan gəncləri» qəzetində redaktor müavini işləyib. 1950-ci ildən 1987-ci ilədək «İdman» qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Məhz onun rəhbərliyi altında nəşr 120 min tirajla çıxıb: «Bu qəzet bütün dövrlər üçün nümunəvi idman nəşri sayıla bilər. Tərtibatından tutmuş peşəkarlıq xüsusiyyətlərinədək nəşrdə Mirpaşa Miriyev yaradıcılığının, dəst-xəttinin ruhu duyulub. Həmin ruh indi də yaşadılmaqdadır. Nəşr birbaşa onun adı ilə bağlı idi. O, jurnalistikamızda örnək ola biləcək bir nümunə yaratmışdı». "

Mərhumun qızı Ulduz Miriyeva atasının ölümündən sonra onun haqqında "Bizim təmkinli əzizimiz” adlı kitab çap etdirib.[5]

  1. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2018-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
  2. "Mətbuat Şurasında tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş kitabın təqdimatı keçirilib". 2018-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-22.
  3. "Miriyev Mirpaşa Mirismayıl oğlu - (VƏFAT EDİB)". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
  4. Veteran idman jurnalistləri
  5. ""Mirpaşa Nuriyev peşəkar idman jurnalisti, gözəl insan, yaxşı ata idi"". 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.