Əflatun Əhməd oğlu Amaşov (26 aprel 1957, Faxralı, Bolnisi rayonu) — jurnalist və publisist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurasının Sədri (2003–2022), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, "RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri.[1] "Xalq qəzeti"nin baş redaktoru.
Əflatun Amaşov | |
---|---|
"Xalq qəzeti"nin baş redaktoru | |
Vəzifədədir | |
23 sentaybr 2022-ci ildən | |
Əvvəlki | Həsən Həsənov |
15 mart 2003 – 24 sentyabr 2022 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Rəşad Məcid |
1 noyabr 2015 – 10 mart 2020 | |
Seçki dairəsi | 62 saylı Saatlı |
Əvvəlki | Cəlal Əliyev |
Sonrakı | Əziz Ələkbərli |
1992 – 1994 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 aprel 1957 (67 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, siyasətçi |
Dini | islam |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.[2] 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib.
1976–1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib.
1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
1985–1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.
1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olmuş, 1995–1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutmuşdur.
1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib.
2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
Ailəlidir, bir övladı var.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |