Mirzə Əbülfət xan Mirzə Fəzlulla xan oğlu Valatəbar (1874, Təbriz – 1958, Tehran) — siyasi-ictimai xadim.
Mirzə Əbülfət xan Valatəbar | |
---|---|
Mirzə Əbülfət xan Mirzə Fəzlulla xan oğlu Valatəbar | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1874 |
Doğum yeri | |
Vəfat tarixi | 1958 |
Vəfat yeri | |
Fəaliyyəti | dövlət qulluqçusu |
Atası | Fəzlulla xan Dəbirəssəltənə |
Mirzə Əbülfət xan Mirzə Fəzlulla xan oğlu 1874-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Təbrizdə mükəmməl ruhani təhsili almışdı. O, əvvəlcə öz atası Mirzə Fəzlulla xanın, sonra əmisi Təbrizin məşhur müctəhidi Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləmanın yanında təhsil almışdır. İlahiyyat üzrə mükəmməl biliyə yiyələnmişdi.
Mirzə Əbülfət xan Valatəbar Müzəffərəddin mirzənin yanında münşibaşı vəzifəsində çalışmışdı. Dəbirəssəltənə ləqəbini almışdı.
Mirzə Əbülfət xan Valatəbar 1897-ci ildə əmisi Mirzə Əsədulla xan Naziməddövlənin Vəkilülmülk ləqəbinə yiyələnmişdi. Onun Dəbirəssəltənə ləqəbini isə qardaşı oğlu Mirzə Nəsrulla xana verilmişdi.
Mirzə Əbülfət xan Valatəbar Məhəmmədəli mirzənin yanında münşibaşı vəzifəsini davam etdirməyə başlamışdı. 1900-cü ildə vəliəhddən Siqqətüddövlə ləqəbini almışdı. Vəliəhdin nəzərində ucaldığından bir müddət sonra Heşmətüddövlə ləqəbinə layiq görülmüşdü.
Məhəmmədəli şah Qacar taxta çıxdıqdan sonra Əbülfət xanı saraya aparmışdı. Mirzə Həsən xan Vüsuqəddövlənin birinci və ikinci baş nazirliyi dönəmində İranın Hərb naziri olmuşdu. Həsən Pirniyanın baş nazirliyi dövründə isə, 1920-ci ildə Daxili İşlər naziri olmuşdu.
Mirzə Əbülfət xan Valatəbar 1918–1920-ci illərdə Kirmanın hakimi olmuşdu.
Mirzə Əbülfət xan Valatəbar 1958-ci ildə Tehran şəhərində vəfat edib.