Mirzə Əsədulla xan Mirzə Ələsgər oğlu Nizaməddövlə (1840-1901) — İranın ictimai-siyasi xadimi.
Mirzə Əsədulla xan Naziməddövlə | |
---|---|
Mirzə Əsədulla xan Mirzə Ələsgər oğlu Nizaməddövlə | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Qacarlar dövləti |
Vəfat tarixi | |
Fəaliyyəti | diplomat |
Təbrizli Mirzə Əsədulla xan Nasirəddin şah Qacar hakimiyyəti dövrünun ictimai xadimləri icərisində oz bacarığı və nüfuzu ilə seçilən səxsiyyət olmuşdur.
Əsədullla xan Azərbaycanın tanınmıs sülalələrindən olub, Xarici İşlər nazirliyinin əməkdaşı idi və İranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir.
Mirzə Əsədulla xan Azərbaycan alimi Mirzə Məhəmmədrəfi Nizamulüləmanın qardaşı, Mirzə Ələsgər Mustofi Təbrizinin oğludur. (70, s. 206). O, 1884-1887-ci illərdə İranın Peterburqda səlahiyyətli nümayəndəsi olmuş və Vəkilulmulk ləqəbini almışdır. 1887-ci ildə Peterburqdan geri çağırılaraq, vəfat etmiş Mustafa xanın yerinə Ərdəbil və Xoy hakimi təyin olunmuşdur. O, hələ Peterburqdan əvvəl, yəni 1877-ci ildə Tiflisdə Baş konsul kimi çalışmısdır.
Mirzə Əsədulla xan 1890-1892-ci illərdə İranın İstanbulda səfiri olmus və Nizamuddovlə ləqəbini almışdır. O, sonralar da muhum dövlət vəzifələrində çalışmışdır. 1895-ci ildə Fars vilayətinin general-qubernatoru olmus, bu vəzifədə 1895-ci ilədək, yəni ədliyyə naziri vəzifəsinə təyin edilənədək calısmısdır. Həmin il Tehranın hakimi vəzifəsi də ona tapsırılmısdı.
Mirzə Əsədulla xan 1899-cu ildə Böyuk Dövlət Şurasına başçı təyin olunmus, omrunun sonunadək burada calısmısdır. O, 1901-ci ildə vəfat etmisdir. Oğlu Mirzə Yəhya xan sonralar onun vaxtilə dasıdığı Nizamuddovlə ləqəbinə layiq gorulmusdur.
Gorkəmli Azərbaycan alimi Mirzə Əbdürrəhim Talıbov Təbrizi ondan bəhs etmis, onu fazil bir səxsiyyət kimi yuksək qiymətləndirmisdir.