Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Mirzə Əbülqasim Musa Mirzə Kazım oğlu Zəncani (1805-1876) — İslam alimi, müctəhid.
Mirzə Əbülqasim Zəncani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Zəncan şəhəri |
Mirzə Əbulqasim Musa Zəncani miladi XIX (hicri 13-cü) əsrdə şiə məzhəbinin böyük alimlərindən olan Mirzə Kazımın oğlu idi. Həmçinin o, Seyid Məhəmməd Baqir, Rəşti və Hacı Məhəmməd İbrahim Qolabbasinin tələbələrindən olub. Bu dəyərli alimlərin yanında öz biliklərini təkmilləşdirən alim Zəncana qayıdaraq, burada dini idarəçiliyi öz öhdəsinə götürür və insanlar arasında böyük nüfuz və etimad qazanır. Mirzə Əbulqasim Zəncani özündən sonra onlarla dəyərli kitabları elmi irs olaraq qoymuşdur. Bu kitablara misal olaraq, "İzahud-Dəlail fi Hisabi- Aqdul-Ənamil", "Təxribil-Əsbab", "Məqalibil-Əbvab" və s. kimi əsərləri göstərmək olar. Bu böyük alim hicri 1293-cü ilin cəmadiul-əvvəl ayının 3-də Zəncan şəhərində vəfat etmişdir.