Mirzə Ələkbər Elxanov (1828-?) — Pedaqoq. 1856-cı ildən 1885-ci il 31 martadək İrəvan gimnaziyasında müəllim.[1]
Mirzə Ələkbər Elxanov | |
---|---|
Doğum yeri | |
Fəaliyyəti | pedaqoq |
O, 1828-ci ildə Uluxanlı kəndində anadan olmuş, İrəvan şəhərindəki baş məscid nəzdindəki ruhani məktəbini bitirmiş, sonra isə rus dilini öyrənmiş, 1856-cı ildə Tiflis gimnaziyasında imtahan verərək Azərbaycan dili müəllimi adını almışdı.[2]
Uluxanlıda yaşlı nəslin nümayəndələrindən Mirzə Zeynalabdın Rzayev, Əsədulla Musayev, Şıxəli Bağırov, qonşu Sarvanlar kəndinin 112 yaşlı sakini Məmmədəli Nəsirov və başqaları M. Ə. Elxanovun yüksək mənəvi keyfiyyətlərindən maraqla söhbət açardılar. Onun Uluxanlı kənd məktəbinin açılmasında hədsiz rolu olduğunu, kasıbların balalarına köməkliyini, "Əkinçi" qəzetinin nömrələrini və bir çox kitabları camaat arasında gətirib oxuduğunu həmişə xoş xatirələrlə yad edərmişlər.
Qərbi Azərbaycan maarifi və məktəbi ümumi Azərbaycan maarifi və mədəniyyəti ilə birgə addımlayır, Zaqafqaziyada və Rusuyada baş verən pedaqoji yeniliklər, mütərəqqi məktəb təcrübəsi və pedaqoji ideyalar bura da nüfuz edirdi. İrəvan məktəbləri bəzi məsələlərdə hətta irəli gedirdi. Səs üsulu ilə ana dili dərsliklərinin meydana gəlməsi XIX əsrə təsadüf edir. Böyük rus pedaqoqu K. D. Uşinskinin xəlqilik ideyası, "Vətən dili" və "Uşaq aləmi" dərslikləri Zaqafqaziyada özünə ardıcıllar tapırdı. Belə ardıcıllardan biri də Zaqafqaziyada birinci İrəvan gimnaziyasında 30 ilə qədər Azərbaycan dili müəllimi olmuş Mirzə Ələkbər Elxanov idi. M. Ə. Elxanov əslən Uluxanlıdandır. Şəhərdəki Şah Abbas məscidi nəzdindəki mədrəsədə mükəmməl təhsil almışdır. Onun səs üsulu ilə tərtib etdiyi "Vətən dili" dərsliyi XIX yüzilliyin 80-ci illərində Rusiya Xalq Maarif Nazirliyində müzakirə edilərək çapa tövsiyə edilmişdir. Sözü gedən əsrin sonlarına doğru İrəvanda yeni məktəblər açılır, şəhərin teatr həvəskarları tez-tez tamaşalar göstərirdilər. "Rus-Azərbaycan" qız məktəbləri əhalinin rəğbətini qazanmışdı. Məktəbin müdiri Haşım bəy Nərimanbəyov, Irəvan gimnaziyasının müəllimlərindən İsmayıl bəy Şəfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov, Mirzə Məmmədvəli Qəmərlinski, Axund Məmmədbağır Tağızadə və b.-nın bu sahədəki xidmətləri unudulmazdır.