İsmayıl Məmmədbəy oğlu Şəfibəyov -Azərbaycan pedaqoqu İrəvan gimnaziyası müsəlman şöbəsinin müdiri
İsmayıl bəy Şəfibəyov | |
---|---|
İsmayıl Məmmədbəy oğlu Şəfibəyov oğlu Köçərli | |
Təhsili | Şuşa real məktəbi, Zaqafqaziya Müəllimlər Seminariyası |
İsmayıl bəy Məşədi Məmməd bəy oğlu 1859-cu ildə Şuşa şəhərində doğulmuşdur. Şuşa real məktəbini bitirmişdi. 1880-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olmuşdu. [1]. Yalnız A.O.Çernyayevskinin xahişindən sonra “pedaqoji təcrübə prosesində rus dilindən sınaq dərslərinin saatları artırılmaq şərti ilə” (yenə orda, vərəq 37) o, məşğələlərə davam etmək imkanı qazana bilmişdi. İsmayıl bəy Şəfibəyov kursda qalandan sonra Cəlil Məmmədquluzadə ilə bir yerdə oxumuşdu. İsmayıl bəy Şəfibəyov 1887-ci ildə seminariyanı başa çatdırmışdı. Şuşa qəzasının Gülablı kəndində və İrəvan kişi gimnaziyasında nümunəvi pedaqoji xidmət göstərmişdi. [2] İsmayıl bəy Şuşa şəhərində teatrın yaranmasında və inkişafında fəal iştirak etmişdi. 1876-cı ildən M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. Şuşada qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi Nəcəf bəy Vəzirov, Bədəl bəy Bədəlbəyli, Əbdüləli bəy Vəlibəyov, Firudin bəy Köçərli, H.Sarıcalinski, Muxtar bəy Muradov, İsmayıl bəy Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlunun və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 1895-ci ildə F.Köçərli Zaqafqaziya müəllimlər Seminariyasına müəllim təyin olunandan sonra iyirmi üç il İrəvan gimnaziyası nda fəaliyyət göstərmişdir.
İsmayıl bəy Şəfibəyov 1918-ci ildə vəfat edib.[3]