Mirzə Əliqulu xan Gərmərudi

Mirzə Əliqulu xan Mirzə Həsən xan oğlu Gərmərudi (10 fevral 1875, Tehran1938, Tehran) — diplomat.

Mirzə Əliqulu xan Gərmərudi
fars. علیقلی مسعود انصاری
Şəxsi məlumatlar
Doğum tarixi 10 fevral 1875(1875-02-10)
Doğum yeri
Vəfat tarixi 1938
Vəfat yeri
Fəaliyyəti siyasətçi

Mirzə Əliqulu xan Mirzə Həsən xan oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Müşavirülməməlik ləqəbini daşıyırdı.

Mirzə Əliqulu xan Gərmərudinin atası Mirzə Həsən xan İranın Xarici İşlər naziriliyində çalışmışdı. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Mirzə Əbdürrəhim Gərmərudinin nəticəsidir.

Mirzə Əliqulu xan Gərmərudi İranın Xarici İşlər Nazirliyində işləməyə başlamışdı. 1896-cı ildə səfir kimi Rusiyaya yollanmışdı. Nasirəddin şah Qacarın ölüm xəbərini imperatora çatdırmışdı. Məşrutə inqilabından sonra İstanbula göndərilmişdi. Bir müddətdən sonra Tehrana dönmüş nazirliyin şöbə müdiri olmuşdu. 1913-cü ildə Əhməd şah Qacarın əmri ilə xarici işlər nazirliyində yenidənqurma aparmışdı. Sonra İranın Osmanlı dövlətində səfiri olmuşdu. 1918-ci ildən 1924-cü ilədək İranın SSRİ-də səfiri vəzifəsində çalışmışdı. Onun gördüyü böyük işlərdən biri də 1921-ci ildə İranla SSRİ arasında bağladığı müqavilədir.

Mirzə Əliqulu xan Gərmərudi 1924-cü ildən 1926-cı ilədək İranın xarici işlər naziri olmuşdu. 1926-cı ildən 1928-ci ilədək yenidən İranın SSRİ-də səfiri vəzifəsində çalışmışdı. 1928-ci ildən 1930-cu ilədək İranın İngiltərədə səfiri vəzifəsində işləmişdi. 1931-ci ildə Tehrana dönərək təqaüdə çıxmışdı.

Mirzə Əliqulu xan Gərmərudi 1938-ci ildə vəfat etdi.Əhməd Mirfendereskinin ana tərəfindən babasıdır.

  • Ənvər Çingizoğlu, Ənsarilər, Bakı, "Mütərcim", 2012. 334 səh.
  • Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.