Mirzə Abdulla

Mirzə Abdulla Fəraxani (tam adı: Mirzə Abdulla Ağa Əli Əkbər oğlu Fəraxani, fars. میرزا عبدالله فراهانی‎; d. 12 oktyabr 1843, Şiraz, Qacarlar dövləti18 mart 1918, Tehran, Qacarlar dövləti) — İran tarzəni, sətarçalanı, Radif musiqi sənətinin qurucularından biri (digəri Mirzə Hüseynqulu Fəraxani). O, eləcə də XX əsr İran setarçalanı Əhməd İbadinin atası olmuşdur.

Mirzə Abdulla Fəraxani
fars. میرزا عبدالله فراهانی
Ümumi məlumatlar
Doğum adı Mirzə Abdulla Əli Əkbər oğlu Fəraxani
Ləqəbi Mirzə Abdulla
Doğum tarixi
Doğum yeri Şiraz, Qacarlar dövləti
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Tehran, Qacarlar dövləti
Dəfn yeri Tehran, Qacarlar dövləti
Vətəndaşlığı  İran
Milliyyəti Fars
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqiçi
Janr Radif
Musiqi aləti
Əlaqələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Abdulla Ağa Əli Əkbər oğlu Fəraxani 12 oktyabr 1843-cü ildə Şirazda anadan olmuşdur. Mirzə Abdulla qardaşı Mirzə Hüseynqulu ilə birlikdə Radif musiqi sənətinin baniləri olublar. Mirzə Abdullanın həyatı və fəaliyyəti haqda çox az məlumat mövcuddur. Mənbələrə görə, Mirzə Abdullanın atası Ağa Əli Əkbər Fəraxani Məhəmməd Şah QacarınNəsrəddin Şahın hakimiyyəti dövrlərində saray musiqiçi olmuşdur.[1]

Mirzə Abdullanın atası hələ o uşaq ikən vəfat etmişdir. Buna görə onu və qardaşını Əli Əkbərin qardaşıoğlu və tələbəsi Ağa Qulamhüseyn öz himayəsinə almışdır. Mirzə Abdullaha tar və sətar çalmağı böyük qardaşı Mirzə Hüseynqulu öyrətmişdir.[2]

Mirzə Abdulla Tehranda bir musiqi məktəbi açmış, çoxlu şagirdə dərs keçmişdir. Onun dörd oğlu olmuşdur. Onlar Mulud, Məlik, Cavad və Əhməd idi.[3]

  1. "میرزا-عبدالله-فراهانی". 22 sentyabr 2006. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
  2. Əkbərzadə, Pəcman. (موسیقی دانان ایرانی (جلد سوم. Tehran. ISBN 946-93867-8-5.
  3. Katon, Marqaret. Baha'i Influences on Mirza Abdollah, Qajar Court Musician and Master of the Radif. II: Iran East & West. Kalimat Press. 1984. səh.  30–64.