Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax:
Allahverdiyev.
Allahverdiyev Mirzə Ələkbər oğlu (15 sentyabr 1947, Güllübulaq, Amasiya rayonu – 6 fevral 2017, Bakı) — kimya elmləri doktoru, professor. Aşqarlar Kimyası İnstitutu laboratoriya müdiri.
Mirzə Allahverdiyev 15 sentyabr 1947 ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur.
1965-ci ildə həmin rayonun onbirillik məktəbini qızıl medalla bitirmiş, həmin ildə Bakı Dövlət Universitetinə (BDU) daxil olmuşdur və 1970-ci ildə BDU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun (AKİ) aspiranturasına daxil olmuş və namizədlik işini Moskva Zərif Kimya Texnologiyası Akademiyasında yerinə yetirmişdir. 1973-cü ildə AMEA-nın AKİ-da baş laborant, mühəndis, kiçik və böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. 1974-cü ildə «Butoksi- və butiltioəvəzli aminspirtlərin sintezi və xassələri » mövzüsunda namizədlik dissertasiya işini müdafiə etmişdir.
1987-1988-ci illərdə Rusiya EA-nın A.N.Nesmeyanov adına Elementüzvi Birləşmələr institutunda doktoranturada oxumuşdur. 1990-cı ildə «Tiiranlar və onların sələflərinin sintezi, xassələri və tətbiqi» mövzüsunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Kükürd üzvi birləşmələr içərisində çox az tədqiq edilmiş üç və dörd üzvlü heterosikliklərin tiran və tietanların sintez üsulları işlənib hazırlanmış, onların nuklefil və elektrofil reagentlərlə qarşılıqlı reaksiyası sistemli tədqiq edilmiş, birləşmələrin quruluşu ilə onların yeyilmə, siyrilmə, antioksidləşdirici, bioloji fəallığı arasında olan qanunauyğunluqları öyrənilmiş, ilk dəfə olaraq funksionaləvəzli tiiranların, tietanların, ditianların: sultonların, tetrahidrotiazınlərın sintez üsulunu işləyib hazırlamışdır. Bəzi nəzəri mülahizələrə əsasən indiyədək tədqiq edilməmiş tiiran və tietanların transmissiya yağlarında yeyilmə və siyrilmə aşqarı kimi sinaqdan keçmiş və onların quruluşu ilə funksional xassələri arasındakı qanunauyğunluqlar əsasında optimal quruluşda yeni sinif yeyilmə və siyrilmə aşkarlarının sintezinin elmi əsaslarını işləyib hazırlamışdır. Bütün bunlar daha səmərəli yeyilmə və siyrilmə aşqarlarının yaradılmasının proqnozlaşdırılmasına zəmin yaratmışdır.
1965-1970, tələbə, «Kimya fakültəsi», BDU, 1974, k.e.n., «Üzvi kimya», AMEA AKİ, 1990 k.e.d., «Üzvi kimya» AMEA AKİ.
1970-1987 – baş laborant, mühəndis, k.e.i., b.e.i., AMEA AKİ, 1987-ci ildən laboratoriya müdiri, AMEA AKİ, 2000-ci ildən BDU-nun «Üzvi kimya» kafedrasının professoru, BDU, 2000-ci ildən laboratoriya müdiri AMEA AKİ.
Respublikanın «Bilik» maarifçilik cəmiyyətinin qərarı ilə 1999-cu ildə Azərbaycanda elm və təhsilin inkişafındakı görkəmli nəaliyyətlərinə görə Yusif Məmmədəliyev adına qızıl medalla təltif olunmuşdur. 2000-ci ildən BDU-nun «Üzvi kimya» kafedrasının professorudur. 2005-ci ildə təqdim olunan nəticələrinə görə Bakı Dövlət Universiteti üzrə «İlin alimi» fəxri adı ilə təltif edilmişdir. 2007-ci ildə biblioqrafik göstəricilərinə görə ABŞ-da dərc olunan «Dünyada kim kimdir» kitabına yeganə azərbaycanlı olaraq daxil edilmişdir. 2007-ci ildə 60-illik yubileyi ilə əlaqədar Azərbaycan Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» medalı ilə təltif olunmuşdur. Bakı Dövlət Universitetinin 90 illiyi ilə əlaqədar 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Kimya fakültəsinin üzvi kimya kafedrasının professoru, Mirzə Allahverdiyev
«Kükürdlü heterotsikllər və onların funksional xassələri» mövzusundaki layihəsinə görə 2009/2010-cu ildə Universitetdaxili «50+50» Qrant Proqramının qalibi elan edilmişdir.
Nyu-York Akademiyasının həqiqi üzvü, American chemical sosiety cəmiyyətinin üzvü.
- 2003 - Rusiya, Moskva ( 10-cu MMC üzrə Ümumdünya Simpoziumu)
- 2004-2008 – Türkiyə, Kipr (Ulusal Kimya Konqresi),
- 2004 – Çexiya, Praqa (10-cu Kimya və Mühəndislik Prosesləri üzrə Ümumdünya Konqresi)
- 2004 – Rusiya, Moskva («Moskva Universitetində kimya dünya elmi kontekstində»)
- 2005 – ABŞ, Yuta (39-cu Milli Üzvi Kimya Simpoziumu)
- 2005 – İtaliya, Piza (11-ci MMC üzrə Ümumdünya Simpoziumu)
- 2006 - İtaliya, Urbino (Tibbi Kimya Avropa Məktəbi, elmlər namizədləri üçün Milli seminar)
- 2006 - Türkiyə, Kayseri (Ulusal Kimya Konqresi)
- 2006 – Meksika, Mexiko (16-cı Ümumdünya üzvi sintez konfransı)
- 2007 – Polşa, Varşava (Avropa Materiallar Tədqiqatları Cəmiyyəti)
- 2007 – Türkiyə, Ərzurum (Atatürk Universitetinin 50 illik yubileyinə həsr olunan Beynəlxalq Üzvi Kimya konfransı)
- 2007 – Belgiya,Antverpen (Avroanaliz-14)
- 2007 - Rusiya, Moskva (Ümumi və tətbiqi kimya üzrə 18-ci Mendeleyev qurultayı)
- 2008 – Rusiya, Perm («Texniki kimya. Nəzəriyyədən təcrübəyə» konfransı)
- 2010 - Синтез и кристаллическая структура 9-(5'-бром-2'-гидроксифенил)-10-(2'-гидрокипропил)-3,3,6,6-тетраметил-3,4,6,7,9,10-гексагидроакридин-1,8(2h,5h)-диона - III Межд. конфер. «Химии гетероциклических соединений», посвященная 95-летию со дня рождения профессора А. Н. Коста , С14, 2010 Магеррамов А.М.,
- 2011 - Uluslararası katilimli 25 ulusal kimya konfrasi
- 2011 - Материалы всероссийской научной конференции (Rusiya Moskva 18-22 aprel)
- A.M. Quliyev ,M.Ə.Allahverdiyev, Biblioqrafiya, Bakı-1983, 211 səh. Kiçik kimya ensiklopediyası, A.M.Məhərərmov, M.Ə.Allahverdiyev, # R.Ə.Əliyeva, S.R.Məmmədov, S.N.Quliyev, G.M.Mirbağırova, BU nəşriyyatı, 1997, 153 s.
- Azərbaycan kimyaçıları, A.M.Məhərərmov, M.Ə.Allahverdiyev, R.Ə.Əliyeva, „Azərbaycan” nəşr-tı, 1998, 590 s.
- Azərbaycanca-ingiliscə-rusca qısa kimya lüğəti, A.M.Məhərərmov, M.Ə.Allahverdiyev, A.N.Salamova, BU nəşriyyatı,, 2001, 130 s.
- Bifunksional aminbirləşmələri, A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev, Çaşıoğlu, 160 s. (2005)
- Üzvi kimya, A.M.Məhərərmov, M.Ə.Allahverdiyev, BU nəşriyyatı, 382 s. (2007)
- Orqaniçeskaə ximiə v voprosax i otvetax, A.M.Maqerramov, M.A.Allaxverdiev, İzdatelğstvo «Bakı Universiteti», s.136. (2007)
- Dərman maddələrin sintezi, A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev, M.M.Qurbanova, BU nəşriyyatı, 2007, 143 s.
- Aminotiolı i ix proizvodnıe, A.M.Maqerramov , M.Ə.Allahverdiyev, A.T.Quseynova, D.A.Kuliev, BU nəşriyyatı, 2007, 147 s.
- Üzvi kimya sual və cavablarda, A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev, BU nəşriyyatı, 2008, 123 s. (dərs vəsaiti)
- Metalüzvi birləşmələr üzvi praktikumda, A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev, M.Ə.Axundova, BU nəşriyyatı, 2008, 87 s. (dərs vəsaiti)
- Üzvi kimya (praktikum), M.S.Abbasov, N.D.Sadıxova,R.Ə.Nəcəfova, M.Ə.Allahverdiyev, BU nəşriyyatı, 2008, 312 s. (dərs vəsaiti)
- A.M.Məhərrəmov, R.A.Qasımov, M.Ə.Allahverdiyev , Bioüzvi kimya , Çaşıoğlu nəşriyyatı 2009 , 367 səh..
- A.M.Məhərrəmov, Ş.S.Nəsibov, M.Ə.Allahverdiyev , Üzvi kimyadan tədqiqatlar üsuulları, BU nəşriyyatı 2009, 102 səh
- A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev Həyat fəaliyyətinin kimyəvi əsasları, BU nəşriyyatı 2009, 287 səh
- A.M.Məhərrəmov, R.A.Qasımov, M.Ə.Allahverdiyev, BIOÜZVİ KİMYA , Çaşıoğlu nəşriyyatı 2009 , 364 səh
- A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev, M.Ə.Axundova, Üzvi kimyadan Təcrübi Məşğələlər,Bakı-2011,318 səh.
- A.M.Maharramov, M.A.Allahverdiyev, BIFUNCTIONAL COMPOUNDS OF AMINES, ANGEIZEH Publishing Co., Tehran-2007, 221 p.
- А.В. Фокин, М.А. Аллахвердиев, А.Ф. Коломиетс. Новое в химии тииранов. Успехи химии, т. 58, №5, с. 705-737 (1990)
- A.M.Magerramov, R.Caple, V.V.Zhdankin, Z.I.Akhmedova, M.A.Allahverdiyev, New synthesis of tetrahydro-1,4-thiazine-3-ones from 1,2-aminopropanthiole and a-chlorocarboxylic acid, Synt.Commun., v. 29, № 4, p. 721-728 (1999)
- M.Barmaki, A.M.Maharramov, M.A.Allahverdiyev, Synthesis of Uracil Derivatives and Some of their Reactions, Asian Journal of Chemistry, Vol.20, No.7, p. 5277-5281 (2008)
- А.В. Курбанов, Р.К. Аскеров, М.М. Курбанова, В.Н. Хрусталев, А.М. Магеррамов, М.А. Аллахвердиев, Кристаллическая структура 4-(5-бром-2-гидроксифенил-6-метил-2-оксо-1,2,3,4-тетрагидропиримидин-5-карбоксилата и этил-1-метил-15-оксо-2-окса-14,16-диазатетрацикло (11,3,1,03,12,06,11) гептадека-3,5,7,9,11-пентаен-17-карбоксилата, Журнал структурной химии, т. 50, №3, с. 515-519 (2009)
- Г.В. Бабаева, Н.Г. Шихалиев, В.С. Гасанов, К.Б. Курбанов, М.А. Аллахвердиев, Синтез некоторых окс- и тиазолидин-1,3-дионов и их оксиранил- и тииранилпроизводных, Журнал органической химии, 2011, т.47, № 6 , стр. 941-944
- A. Məhərrəmov "Azərbaycan kimyaçıları", Bakı Universiteti, 2017