Mirzə Həsən xan Səlmasi

Mirzə Həsən xan Mirzə Mehdi xan oğlu Səlmasi (1844-1911)—XIX əsr Azərbaycan şairi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mirzə Həsən xan Mirzə Mehdi xan oğlu 1844-cü ildə Xoy vilayətinin Səlmas şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu.

Mirzə Həsən xan Səlmasi Nasirəddin mirzənin yanında xidmət etmiş, pişxidmət vəzifəsinə yüksəlmişdi.

Mirzə Həsən xan Səlmasi şair idi. Xosrovi təxəllüsü ilə qəlb oxşayan şeirlər yazırdı.

Mirzə Həsən xan Səlmasi 1911-ci ildə vəfat edib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]